Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonu Binə qəsəbəsində 7 evdən və 1 mebel sexindən oğurluq edən şəxs saxlanılıb
26.01.2022
Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Əliqismət Əzizov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən və 1 mebel sexindən oğurluq etdiyi müəyyən edilib. Əliqismət Əzizov izahatında etdiyi oğurluqları etiraf edib. Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əliqismət Əzizovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.
Hökməli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Elvin Əlipşanov tutulub. Üzərində şəxsi axtarış aparılan zaman ondan 43 ədəd hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Elvin Əlipşanov ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu şəxsdən əldə etdiyi bildirib. O, Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu qeyd edib. Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 25-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 26-da saat 1 radələrində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir. Cəlilabad RPŞ-də araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Xudaverdiyev müəyyən edilərək saxlanılmışdır
Nəqliyyatda Baş Polis İdarəsinə yanvarın 17-də saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində bir nəfərin Bakı vaqon təmiri zavodunun gözətçisi H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Bakı şəhərində və respublika ərazisində 94 toy şənliyinin monitorinqini həyata keçirib
Yanvarın 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 94 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 93 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 21 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Mağazalardan birinin kassasından 55000 manat pul oğurlamaqda şübhəli bilinən kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılmışdır
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55000 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov müəyyən edilərək saxlanılmışdır
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə yanvarın 22-də Bakı şəhər sakini M.Seyidova məxsus içərisində 2500 manat dəyərində 2 ədəd mobil telefon və Oğuz rayon sakini R.Səmədova məxsus içərisində 600 manat dəyərində adapter, yaddaş kartı və poverbank olan çantaların oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Tovuz rayon sakini K.Quliyev müəyyən edilərək saxlanılmışdır
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə rayon ərazisindəki 2 klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabılarının oğurlanması barədə məlumatlar daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.