Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
05.02.2022
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri E.Vəliyev və Ş.İbadullayev saxlanılmışlar.
Sabirabad rayonunun Əsgərbəyli kənd sakini R.Əzizovun evindən 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əsgərbəyli kənd sakini R.Əzizovun evinə baxış zamanı oradan 5 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
Sabirabad rayonunun Əsgərbəyli kənd sakini R.Qarayevin evindən qanunsuz saxladığı ov tüfəngi, həyətyanı sahəsindən isə marixuana və çətənə götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əsgərbəyli kənd sakini, əvvəllər məhkum olunmuş R.Qarayevin evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ-27M” markalı ov tüfəngi, həyətyanı sahəsindən isə 103 qrama yaxın marixuana və dibçəkdə yetişdirdiyi 18 ədəd çətənə aşkar edilərək götürülmüşdür.
Balakən rayonunun Katex kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 5-də saat 1 radələrində Balakən rayonunun Katex kəndi ərazisində Zaqatala rayon sakini Ş.Şabanova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini Eyvaz Abdulhəmidovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır
04.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvar ayının 25-də Bərdə rayon sakini Pərvin Şərifovun idarə etdiyi “Mercedes” markalı avtomobil Salyan rayonunun Kürsəngi kəndi ərazisində nəzarət qaydasında saxlanılmışdır.Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.Fevralın 3-də Salyan rayon Məhkəməsinin qərarı ilə sürücü 400 manat məbləğində cərimə edilmişdir.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oğurluğa cəhd göstərmiş Şabran dəmir yolu stansiyasının işçiləri - Şabran rayon sakinləri F.Mahmudov, X.Kazımov, E.Ağayev və Z.Ağarzayev saxlanılmışlar
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılmışlar.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyən edilərək saxlanılmışdır
DİN NBPİ-nin Biləcəri Xətt Polis Şöbəsinə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində noutbuk, mobil telefon, elektrik qidalandırıcısı və 3 ədəd telefon nömrəsi olan çantanın oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılmışdır
Fevralın 2-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Urşanova və S.Süleymanova vurulmuşdur. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılmışdır.Araşdırma aparılır.
Bakı şəhər sakini A.Hüseynlidən metamfetamin aşkar edilmişdir
Yasamal RPİ 28-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini A.Hüseynli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Ətrafında aparılan tədbirlərlə onun E.Qurbanova qarşı xuliqanlıq etməsi və bir evdən 300 manat pul oğurlaması da müəyyən edilmişdir.