Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Binələr kənd sakini Əliyar Səfərov yerləşdirildiyi xəstəxanada ölmüşdür
04.02.2022
Fevralın 3-də saat 13 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində rayon sakini R.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Binələr kənd sakini Əliyar Səfərovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada fevralın 4-də ölmüşdür.Ağdaş RPŞ-də araşdırma aparılır.
Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqini həyata keçirilib
Fevralın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 104 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 56 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 4-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 4-də saat 9 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qəsəbə sakini Rəvan Muxtarov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüş, sərnişininin vəziyyəti orta-ağırdır.Xəzər RPİ-də araşdırma aparılır.
Gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılmışdır
03.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Fevralın 3-də polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 44 toy şənliyinin monitorinqini həyata keçirib
Fevralın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 44 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 14 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilmişdir
Masallı Rayon Polis Şöbəsinə Ərkivan qəsəbəsində yaşayan 44 yaşlı Qalib Cəbiyevin yanvarın 3-də evdən çıxaraq geri qayıtmaması ilə bağlı müraciət daxil olmuşdur. Dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində onun qardaşı Seyfulla Cəbiyev tərəfindən münaqişə zəminində qətlə yetirilərək həyətyanı sahədə basdırılmasına əsaslı şübhələr müəyyən edilmişdir.Q.Cəbiyevin meyiti eksqumasiya edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. S.Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.