Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Avtomobil qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılmışdır
04.02.2022
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılmışdır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Tağıyev müəyyən edilərək saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə yanvarın 22-də rayon ərazisində Qobustan rayon sakini A.Həsənzadənin çantasından pul, şəxsiyyət vəsiqəsi və hesabında müəyyən qədər vəsait olan bank kartının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Tağıyev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Şabran rayon sakini A.Muradov saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılmışdır.
Bakı şəhər sakini N.Cabbarov və Ağcabədi rayon sakini N.Mehdiyev saxlanılmışlar
Abşeron Rayon Polis İdarəsinə fevralın 2-də Ceyranbatan qəsəbə sakini R.Allahverdiyevanın aldadılaraq 560 manatının alınması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev müəyyən edilərək saxlanılmışlar.Araşdırmalarla N.Mehdiyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
Oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini R.Qənbərova saxlanılmışdır
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Əbilovaya məxsus içərisində qızıl-zinət əşyaları və sənədləri olan çantasını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini R.Qənbərova saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini S.Nəsrullayev saxlanılmışdır
Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-nə keçən gecə Quba şəhəri ərazisindəki bazarda mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini S.Nəsrullayev saxlanılmışdır. Araşdırmalarla onun həmin gün şəhər ərazisindəki bir aptekdən və bir dəftərxana ləvazimatları satışı mağazasından oğurluğa cəhd göstərməsi və bazardakı bir mağazadan 310 manat pul oğurlaması da müəyyən edilmişdir.
Quba rayon sakini M.Vəliyevin yaşadığı evə baxış zamanı oradan əlavə 75 qrama yaxın marixuana, çətənə toxumları və həşiş də götürülmüşdür
Quba RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş M.Vəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 75 qrama yaxın marixuana, çətənə toxumları və həşiş də götürülmüşdür.
Ağcabədi rayon sakini İ.İsmayılzadənin idarə etdiyi avtomobilə baxış zamanı oradan tiryək, marixuana, beşbarmaq və bıçaq aşkar edilərək götürülmüşdür
Ağdam RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini İ.İsmayılzadənin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan tiryək, marixuana, beşbarmaq və bıçaq aşkar edilərək götürülmüşdür.
Şəmkir şəhər sakinləri A.Cəfərov, V.Zamanovdan narkotik vasitələr və odlu silah götürülmüşdür
Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş V.Zamanov da müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür. Əməliyyat tədbirləri ilə onun şəhərin Sərxan yaşayış sahəsində gizlətdiyi “AKM” markalı avtomat silahı və 59 ədəd patron da aşkar edilərək götürülmüşdür.
Quba rayonunun 2-ci Nügədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 4-də saat 15 radələrində Quba rayonunun 2-ci Nügədi qəsəbəsi ərazisində rayon sakini S.Eldarov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakinləri Məhəmməd Nağdəliyevi və M.Balayevi vurmuşdur. Nəticədə M.Nağdəliyev hadisə yerində ölmüş, digər piyada isə xəstəxanaya yerləşdirilmişdir.Quba RPŞ-də araşdırma aparılır.