Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
01.03.2022
Martın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 110 toy şənliyinin monitorinqi həyata keçirilib
Martın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 110 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.94 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
28.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Fevralın 28-də polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 112 toy şənliyinin monitorinqi həyata keçirilib
Fevralın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 112 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 111 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 90 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birlikdə saxlanılmışdır
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə fevralın 28-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən qəsəbə sakini D.Şirinova məxsus “Ford” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən oğlu avtomobillə birlikdə saxlanılmışdır. Binəqədi RPİ-də araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisində yolu keçən piyadanı vurmuş “KİA” markalı avtomobil sonradan yolun əks istiqamətinə çıxaraq üç avtomobillə toqquşmuşdur
Fevralın 28-də saat 16 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini H.Rəsulov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Türkan Bəşirovanı vurduqdan sonra yolun əks istiqamətinə çıxaraq H.Mənsumovun idarə etdiyi “Hyundai”, Ş.Hüseynovun idarə etdiyi “Ford Transit” və X.Həsənovanın idarə etdiyi “KİA” markalı avtomobillərlə toqquşmuşdur. Nəticədə T.Bəşirova hadisə yerində ölmüşdür. Nizami RPİ-də araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “KİA” markalı avtomobil və moped toqquşmuşdur
Fevralın 28-də saat 14 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində K.Babayevin idarə etdiyi “KİA” markalı avtomobil və Eldar Məmmədovun idarə etdiyi moped toqquşmuşdur. Nəticədə E.Məmmədov hadisə yerində ölmüşdür. Suraxanı RPİ-də araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşmuşdur
Fevralın 28-də saat 20 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində T.Yusifovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə Əliş Abışovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşmuşdur. Nəticədə Ə.Abışov hadisə yerində ölmüş, 4 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Ağsu rayonunun Kələğayılı kəndi ərazisində “VAZ-21074”, “Ford” və “KamAZ” markalı avtomobillər toqquşmuşdur
Fevralın 28-də saat 20 radələrində Ağsu rayonunun Kələğayılı kəndi ərazisində R.Əhmədlinin idarə etdiyi “VAZ-21074”, Habil İsmayılovun idarə etdiyi “Ford” və C.Vahabovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə H.İsmayılov ölmüş, digər sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilmişlər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.