Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhər sakini V.Cəbrayılovdan 98 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
05.02.2022
Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbrayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 98 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Gəncə şəhər sakini A.Miyanidən nömrəsi silinmiş tapança və 4 ədəd patron götürülmüşdür
Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Miyanidən nömrəsi silinmiş “Revolver” tipli tapança və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.
Gəncə şəhəri ərazisindəki 1 köşkdən və 1 oyun zalından oğurluq etməkdə şübhəli bilinən V.Qasımov saxlanılmışdır
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 12-dən cari il yanvarın 9-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki 1 köşkdən 400 manat pul və 1200 manat dəyərində tütün məmulatı, 1 oyun zalından isə 310 manat dəyərində 4 ədəd oyun aparatı və 17 ədəd pult oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qasımov saxlanılmışdır.
Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakinləri E.Vəliyev və Ş.İbadullayev saxlanılmışlar.
Sabirabad rayonunun Əsgərbəyli kənd sakini R.Əzizovun evindən 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əsgərbəyli kənd sakini R.Əzizovun evinə baxış zamanı oradan 5 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
Sabirabad rayonunun Əsgərbəyli kənd sakini R.Qarayevin evindən qanunsuz saxladığı ov tüfəngi, həyətyanı sahəsindən isə marixuana və çətənə götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əsgərbəyli kənd sakini, əvvəllər məhkum olunmuş R.Qarayevin evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ-27M” markalı ov tüfəngi, həyətyanı sahəsindən isə 103 qrama yaxın marixuana və dibçəkdə yetişdirdiyi 18 ədəd çətənə aşkar edilərək götürülmüşdür.
Balakən rayonunun Katex kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 5-də saat 1 radələrində Balakən rayonunun Katex kəndi ərazisində Zaqatala rayon sakini Ş.Şabanova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini Eyvaz Abdulhəmidovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır
04.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvar ayının 25-də Bərdə rayon sakini Pərvin Şərifovun idarə etdiyi “Mercedes” markalı avtomobil Salyan rayonunun Kürsəngi kəndi ərazisində nəzarət qaydasında saxlanılmışdır.Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.Fevralın 3-də Salyan rayon Məhkəməsinin qərarı ilə sürücü 400 manat məbləğində cərimə edilmişdir.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oğurluğa cəhd göstərmiş Şabran dəmir yolu stansiyasının işçiləri - Şabran rayon sakinləri F.Mahmudov, X.Kazımov, E.Ağayev və Z.Ağarzayev saxlanılmışlar
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərmiş oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılmışlar.Araşdırma aparılır.