Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.03.2022
Martın 3-də saat 19 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində kənd sakinləri M.Ağayevin idarə etdiyi “Lada-Priora” markalı avtomobillə Yavər Şükürovun idarə etdiyi “Planet” markalı motosiklet toqquşmuşdur. Nəticədə Y.Şükürov hadisə yerində ölmüşdür.Biləsuvar RPŞ-də araşdırma aparılır.
Masallı rayon sakinləri Ə.Məmmədovdan 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi və İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakinləri Ə.Məmmədov və əvvəllər məhkum olunmuş İ.Tağıyev Lənkəran şəhəri ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin, Ə.Məmmədovdan isə 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.
3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Z.Məmmədov saxlanılmışdır
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məmmədov saxlanılmışdır.
2 avtomobildən 700 manat dəyərində akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fərəcov saxlanılmışdır
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon ərazisində “KamAZ” və “İsuzu” markalı 2 avtomobildən 700 manat dəyərində akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fərəcov saxlanılmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ə.Səmədzadə müəyyən edilərək saxlanılmışdır
Şirvan Şəhər Polis Şöbəsinə martın 2-də Lənkəran rayon sakini Ə.Baxşiyevin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən avtomobil sahibinin yaxın qohumu Ə.Səmədzadə müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Saatlı rayon sakini Ə.Həsənova məxsus 172 qrama yaxın heroin, 480 qramdan artıq metamfetamin və 1 kiloqram 715 qram marixuana aşkar edilərək götürülmüşdür
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlimərdanlı kənd sakini A.Qazıyevin idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılmışdır. Avtomobilə baxış zamanı sərnişini, Saatlı rayon sakini Ə.Həsənova məxsus 172 qrama yaxın heroin, 480 qramdan artıq metamfetamin və 1 kiloqram 715 qram marixuana aşkar edilərək götürülmüş və onlar saxlanılmışlar.Araşdırma aparılır.
Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən daha 10 nəfər həbs edilib
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin satışı ilə məşğul olan daha 10 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 2 kiloqramdan artıq narkoik vasitə və psixotrop maddə çıxarılıb.Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva, Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev, Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər.Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır
02.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Siyəzən rayon sakini İ.Bəylərov polis əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinərək saxlanılarkən o, özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirmişdir
DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə martın 2-də saat 3 radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan şüşəni sındırmaq yolu ilə 480 manat dəyərində tütün məmulatı, İsnov kəndi ərazisində isə digər bir mağazanın qarşısından inşaat materiallarının oğurlanması barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və hadisənin "Khazar" markalı avtomobilin sürücüsü tərəfindən törədilməsi aşkar edilmişdir. Görülmüş tədbirlərlə həmin avtomobil Bakı-Quba yolunun 26-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərov polis əməkdaşları tərəfindən saxlanılarkən o, özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirmişdir. İ.Bəylərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Araşdırma aparılır.
Yevlax rayonunun Duzdağ kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 2-də saat 21 radələrində Yevlax rayonunun Duzdağ kəndi ərazisində Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.Araşdırma aparılır.