Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
31.01.2022
Yanvarın 31-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Ş.Rzayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini Xudaverdi Mürsəlovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada arada ölmüşdür.Suraxanı RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 31-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Q.Mənsimov idarə etdiyi “Mitsibishi” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Bibixanım Babayevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Abşeron RPİ-də araşdırma aparılır.
Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 31-də saat 11 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Aşağı Quşçu kənd sakini İ.Məmmədovun idarə etdiyi “Ford” və Şəmkir rayon sakini Vüqar Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.Sadıqov hadisə yerində ölmüşdür.Tovuz RPŞ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Həsənov saxlanılmışdır
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki 2 evdən ümumilikdə 700 manat dəyərində qol saatı, 1200 manat dəyərində televizor, soyuducu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həsənov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Rəhimov saxlanılmışdır
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da və 30-da rayon ərazisindəki 2 evdən ümumilikdə 2000 manat dəyərində elektrik naqili və elektrik avadanlığı, 1 avtomobildən isə 1500 manat dəyərində 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Rəhimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Tərtər rayon sakini Z.Verdiyev saxlanılmışdır
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 150 manat pul, 4200 manat dəyərində qızıl-zinət və gümüş əşyaları oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Z.Verdiyev saxlanılmışdır.
Saatlı şəhər sakini K.Zeynalovun evinə baxış zamanı oradan 3 kiloqram 270 qram marixuana aşkar edilərək götürülmüşdür
Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş K.Zeynalovun evinə baxış zamanı oradan 3 kiloqram 270 qram marixuana aşkar edilərək götürülmüşdür.
Beyləqan şəhər sakini Rahib Məmmədovun idarə etdiyi avtomobilə baxış zamanı oradan tapança, tapançaya məxsus 1 ədəd sandıqça, 3 ədəd patron və heroin aşkar edilərək götürülmüşdür
Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rahib Məmmədovun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, tapançaya məxsus 1 ədəd sandıqça, 3 ədəd patron və heroin aşkar edilərək götürülmüşdür.Faktla bağlı cinayət işi başlanılmışdır.
Tovuz şəhər sakini T.Tağıyevdən 41 qrama yaxın tiryək aşkar edilmiş,evinə baxış zamanı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür
Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Tağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın tiryək aşkar edilmişdir. Onun evinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.
Gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır
30.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır.