Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonu Ümid qəsəbəsində evlərdən oğurluq edən qadın saxlanılıb
25.02.2022
Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək evdən 1000 manat pul və dəyəri 600 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən Ümid qəsəbəsində yaşayan daha 2 sakinin ərizəsi Polis İdarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4000 manata yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Araşdırmalar zamanı onun Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyən edilib. Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəzər rayonu Binə qəsəbəsində silahlı narkotacirlər saxlanılıblar
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib.Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbəsi sakini Xanlar Hacıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş atəşə yararlı ov tüfəngi, həmçinin 5 ədəd həmin silaha məxsus patron aşkar edilib. Saxlanılan şəxs ifadəsində silahı satmaq məqsədi ilə əldə etdiyini bildirib.3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən dəstə üzvləri saxlanılıblar.Belə ki, əməliyyat zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini Elgün Əliyev saxlanılıb. Onun üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vidadi Rzayev və onu başçılıq etdiyi narkotik vasitələrin satışını təşkil edən şəbəkəyə daxil olan qardaşı Namiq Rzayev, eləcə də tanışı Ceyhun Nurullayev saxlanılıblar. Şəbəkə üzvlərinin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilib. Əlavə olaraq dəstə üzvü olan Namiq Rzayevin yaşadığı evdən 1 ədəd istifadəyə yararlı “Walter” markalı tapança və patron darağı aşkar olunub. Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla Xəzər rayonu və ətraf qəsəbələrin ərazisində satmaq məqsədi ilə alıblar.Həmçinin, Vidadi Rzayevin yaşadığı evə baxış zamanı narkotik vasitələri satdığı müxtəlif şəxslərdən bunun müqabilində əldə etdiyi çoxlu sayda mobil telefonlar və digər məişət əşyaları aşkar edilərək götürülüb.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin satışında və qanunsuz olaraq odlu silah saxlamaqda təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Biləsuvar rayonunun Bəydili kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 25-də saat 2 radələrində Biləsuvar rayonunun Bəydili kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Fərid Dadaşov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Biləsuvar RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Gün ərzində törədilmiş 79 cinayətin üstü “isti izlər”lə açılmışdır
24.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 79 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 24-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Bakı şəhərində və respublika ərazisində 82 toy şənliyinin monitorinqini həyata keçirib
Fevralın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 82 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.82 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 24-də polis əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Fərhadov, Füzuli rayon sakinləri F.Ələkbərov və E.İsrafilov müəyyən edilərək saxlanılmışlar
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 24-də 4 nəfərin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əmişovu döyərək 800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Fərhadov, Füzuli rayon sakinləri F.Ələkbərov və E.İsrafilov müəyyən edilərək saxlanılmışlar. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Yevlax şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməkdə şübhəli bilinən "Kanal S.az" internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılmışlar
Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – "Kanal S.az" internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılmışlar. Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanmışdır.Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 24-sə saat 20 radələrində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qəsəbə sakini S.Əhmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerlisi Kamil Fətəliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Ağcabədi RPŞ-də araşdırma aparılır.