Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini B.Şükürov saxlanılmışdır
24.02.2022
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 24-də rayon ərazisində bir avtomobildən 507 manat pul, maqnitofon və poverbank oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Şükürov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Cəfərov və N.Teymurov saxlanılmışlar
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 23-də rayon ərazisində iki avtomobildən ümumilikdə 553 ABŞ dolları, 1100 rubl və mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Cəfərov və əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılmışlar.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılmışdır
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki evlərin birindən 10.300 manat və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılmışdır.
Bülbülə qəsəbə sakini Z.Məhərrəmovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 88 qrama yaxın heroin və elektron tərəzi götürülmüşdür
Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bülbülə qəsəbə sakini Z.Məhərrəmov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 12 qrama yaxın heroin, 89 qramdan artıq metamfetamin və elektron tərəzi aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 88 qrama yaxın heroin və elektron tərəzi götürülmüşdür.
Bakıda keçmiş məhkum “Naqan” markalı tapançanı 500 manata satmaq istəyən zaman saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Zeytun Məmmədovda silah olması və 500 manata satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı atəş üçün yararlı tapança aşkar edilərək götürülüb. Zeytun Məmmədov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 4-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zeytun Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Nizami rayonunda narkotik vasitələri satmaq məqsədi ilə su sayğacında gizlədən şəxs saxlanılıb
Paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı paytaxt sakini Orxan Məmmədov saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 3 kiloqram narkotik vasitə olan marixuana aşkar edilib. Aparılan araşdırmalar zamanı Orxan Məmmədovun Nizami rayonu ərazisində binalardan birinin girişində su sayğacının işərisində gizlətdiyi əlavə olaraq 60 qram narkotik vasitə də aşkar olunaraq götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, Orxan Məmmədov xarici ölkələrdə yaşayan narkotacirlərdən biri tərəfindənm narkotik vasitələrin satışını təşkil etmək üçün narkokuryerliyə cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
23.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Ağcabədi şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 23-də saat 22 radələrində Ağcabədi şəhəri ərazisində Ağdam rayon sakini R.Əliyevin idarə etdiyi “Toyota” və Beyləqan rayon sakini B.Bəyalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşmuş, sonradan “VAZ-21011” markalı avtomobil səkidə dayanmış şəhər sakini Rauf Quliyevə dəymişdir. Nəticədə R.Quliyev hadisə yerində ölmüşdür.Ağcabədi RPŞ-də araşdırma aparılır.
V.Muradovdan 50 qram heroin aşkar edilərək götürülmüşdür
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində fevralın 24-də saat 3 radələrində Bakı-Quba yolunda Sumqayıt şəhər sakini E.Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır.Şəxsi axtarış zamanı sərnişin V.Muradovdan 50 qram heroin aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ömərova saxlanılmışdır
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ömərova saxlanılmışdır.