Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə rayonu ərazisindəki bir evdən və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən rayon sakini A.Səlimov saxlanılmışdır
28.02.2022
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də və 23-də rayon ərazisindəki bir evdən qızıl-zinət əşyaları, bir mağazadan isə 659 manat pul və 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Xəsili kənd sakini A.Səlimov saxlanılmışdır.
Ölkə xaricində yaşayan narkotacir sosial şəbəkədə tanış olduğu ev təmiri ilə məşğul olan ustanı narkokuryerliyə cəlb edib
Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini Əfrail Seyfullayev saxlanılıb. Onun üzərinə baxış zamanı 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib. Araşdırma zamanı bu şəxsin ev təmiri ilə məşğul olduğu və “İnstagram” sosial şəbəkəsində gördüyü işləri reklam etmək məqsədi ilə özünəməxsus səhifə açdığı müəyyən edilib. Daha sonra Əfrail Seyfullayev sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşıb. Bu məqsədlə o, narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil edib. Əfrail Seyfullayev ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün tutulan Əfrail Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. Şöbəyə Buzovna qəsəbəsində yaşayan əvvəllər məhkum edilmiş Anar Qocayevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 9 ədəd patron aşkar edilərək götürülüb. Rüfət İbrahimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzəri Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bərdə və Kürdəmirdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.Daxil olan əməliyyat məlumatı əsasında Baş İdarə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bərdə rayon sakini rayon sakini Razi Süleymanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd xüsusi kustar üsulla qələm-tapança formasında hazırlanan atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 ədəd patron və 4 qram psixotrop maddə metamfetamin aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zaman isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən daha bir nəfər - Kürdəmir rayon sakini Zaur Kərimov da tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı atəşə yararlı tapança, həmin silaha məxsus 7 ədəd patron aşkar edilib. Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılmışdır
27.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılmışdır.
200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilmişdir
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılmışdır. Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilmişdir.S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil verilmişlər.Araşdırma aparılır.
Poçt şöbəsinə 20 ədəd 50 ABŞ dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Abşeron rayon sakini C.İsayev saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə fevralın 18-də Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ dollarlıq əskinas verərək manat alması, həmin dollar əskinaslarının isə saxta olması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.İsayev müəyyən edilərək saxlanılmışdır.Onun saxta əskinasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilmişdir. Araşdırma aparılır.
Arvadı Ülkər Məmmədovanı qətlə yetirməkdə, qaynı H.Hacıyev və qayınanası F.Hacıyevaya xəsarət yetirməkdə şübhəli bilinən B.Məmmədov saxlanılmışdır
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə fevralın 25-də rayon ərazisində bir nəfərin aldığı xəsarətlərdən ölməsi, 2 nəfərin isə xəsarətlər alması barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla əvvəllər məhkum olunmuş B.Məmmədovun yaşadıqları evdə münaqişə zəminində arvadı Ülkər Məmmədova, qaynı H.Hacıyev və qayınanası F.Hacıyevaya bıçaqla xəsarətlər yetirməsi, Ülkərin aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi müəyyən edilmişdir. B.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şəmkir rayonunun İrmaşlı kənd sakini Aytac Piriyevanı qətlə yetirməkdə şübhəli bilinən əmisi oğlu P.Piriyev tutularaq istintaqa təhvil verilmişdir
Şəmkir Rayon Polis Şöbəsinə fevralın 27-də İrmaşlı kəndi ərazisində kənd sakini 24 yaşlı Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Araşdırmalarla qadının əmisi oğlu P.Piriyev tərəfindən münaqişə zəminində bıçaq xəsarəti yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Quldurluq etməkdə şübhəli bilinən Tovuz rayon sakinləri R.Musayev və bacısı oğlu G.Qurbanov müəyyən edilərək saxlanılmışlar
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə fevralın 27-də Kimyaçılar qəsəbəsi ərazisində 2 nəfərin Neftçala rayon sakini O.Quliyevi döyüb mobil telefonunu talamaları barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakinləri R.Musayev və bacısı oğlu G.Qurbanov müəyyən edilərək saxlanılmışlar.Sumqayıt ŞPİ-də araşdırma aparılır.