Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Son 20 gün ərzində 100 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
02.03.2022
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.Daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər. Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədovla Saleh Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin aşkar edilib. Baş İdarənin, eləcə də Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxt, eləcə də, Lənkəran şəhəri, həmçinin Yevlax, Neftçala və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın kimyəvi maddə olan civə aşkar olunub.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin və kimyəvi maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Göyçay rayonunun Ulaşlı-Şıxlı kənd sakini S.Ağayeva qızı Ş.Ömərovanın naməlum şəxs tərəfindən evlənmək məqsədi ilə oğurlanmasını bildirmişdir
01.03.2022
Göyçay Rayon Polis Şöbəsinə müraciət edən Ulaşlı-Şıxlı kənd sakini S.Ağayeva fevralın 26-da saat 8 radələrində qızı Ş.Ömərovanın naməlum şəxs tərəfindən evlənmək məqsədi ilə oğurlanmasını bildirmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri F.Əliyev və atası M.Əliyev saxlanılmışlar. Qız ailəsinə təhvil verilmişdir.Faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdır.
Narkotik vasitə ilə tutulmuş T.Cavadovun və Z.Ələkbərovun 13 nəfərin mobil telefonlarını oğurlamaları, 1 nəfərdən isə mobil telefonunu dələduzluq yolu ilə almaları müəyyən edilmişdir
Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş T.Cavadovun və Z.Ələkbərovun ətraflarında aparılmış tədbirlərlə onların ayrı-ayrı vaxtlarda paytaxtın Nərimanov, Səbail və Nəsimi rayonları, eləcə də Sumqayıt şəhəri ərazisində 13 nəfərin mobil telefonlarını oğurlamaları, 1 nəfərdən isə mobil telefonunu dələduzluq yolu ilə almaları müəyyən edilmişdir.
Oğurluqda şübhəli bilinən Oğuz rayon sakini P.İbrahimov saxlanılmışdır
Binəqədi RPİ 6-cı PB və Oğuz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də Biləcəri qəsəbəsindəki evlərin birindən 450 ABŞ dolları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini P.İbrahimov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov saxlanılmışdır
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisində marşrut avtobusunda Abşeron rayon sakini P.Mehdiyevanın cibindən içərisində pul və qızıl üzüyü olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Qurbanov saxlanılmışdır
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki evlərin birindən 8100 manat dəyərində geyim əşyası, 3 ədəd televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Qurbanov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Şirinov və İmişli rayon sakini E.Əzizov saxlanılmışlar
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-dən 28-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, elektrik təmir alətləri, naqil, su nasosu, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Şirinov və İmişli rayon sakini E.Əzizov saxlanılmışlar. Ətraflarında aparılan tədbirlərlə onların fevralın 15-dən 28-dək olan müddətdə Dübəndi bağ sahəsindəki 2 evdən televizor, su nasosu, ütü və elektrik naqili oğurlamaları da müəyyən edilmişdir.
Bakı şəhər sakini F.Məmmədzadədən 5 kiloqram 156 qram heroin aşkar edilərək götürülmüşdür
Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədzadədən 5 kiloqram 156 qram heroin aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 80 cinayətin üstü “isti izlər”lə açılmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 80 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 1-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.