Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İsmayıllı şəhərində yol-nəqliyyat hadisəsi
26.02.2022
Fevralın 26-da saat 22 radələrində İsmayıllı şəhərində şəhər sakini Toğrul Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Yunis Məmmədov orada ölmüş, T.Məsimlinin vəziyyəti orta-ağırdır.İsmayıllı RPŞ-də araşdırma aparılır.
Xəzər rayonunun Qala dəmir yolu stansiyası ərazisində qəza hadisəsi
Fevralın 26-da saat 23 radələrində Xəzər rayonunun Qala dəmir yolu stansiyası ərazisində qorunmayan keçiddə elektrovozla Sumqayıt şəhər sakini Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Fərzəliyev orada ölmüş, sərnişini Ağdam rayon sakini Y.Yusifzadənin vəziyyəti orta-ağırdır.NBPİ DYNPİ-nin Sabunçu XPŞ-də araşdırma aparılır.
Evlərin birindən 4000 manat dəyərində kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Abbasov saxlanılmışdır
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Abbasov saxlanılmışdır.
5500 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Kərimov saxlanılmışdır
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 5500 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Kərimov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Qocayevdən metamfetamin aşkar edilmişdir
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də rayon ərazisindəki evlərin birindən 1910 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qocayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Zərdab rayon sakini F.Vəliyev də saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Şəki rayon sakinləri Ş.Balıyev və N.Abdulkərimov saxlanılmışlar
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Almalı kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 17.000 ABŞ dolları və 10.000 manat pul oğurlamaqda şübhəli bilinən Şəki rayon sakinləri Ş.Balıyev və əvvəllər məhkum olunmuş N.Abdulkərimov saxlanılmışlar.
Şirvan şəhər sakini N.Zeynalovun evinə baxış zamanı oradan 1 kiloqram 200 qram tiryək və 205 qram metamfetamin götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Zeynalov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın tiryək aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 200 qram tiryək və 205 qram metamfetamin götürülmüşdür.
Gün ərzində törədilmiş 65 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 65 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 25-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 25-də polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.