Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi şəhər sakini M.Quliyevə məxsus avtomobilin qaçırılması və qəza törədilməsi müəyyən edilmişdir
27.02.2022
Ağcabədi Rayon Polis Şöbəsinə fevralın 27-də şəhər ərazisindən şəhər sakini M.Quliyevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobilin Rəncbərlər kənd sakini R.Əsədov tərəfindən qaçırılması, Hindarx qəsəbəsi ərazisində idarə edərkən qəsəbə sakinləri Ş.Quliyevə məxsus “İJ” və S.Səfərova məxsus “VAZ-2101” markalı avtomobilləri vurduqdan sonra mağazalardan birinin divarına çırpması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir. Ağcabədi RPŞ-də araşdırma aparılır.
Astara rayonunun Şümrüd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 27-də saat 18 radələrində Astara rayonunun Şümrüd kənd sakini Ə.Əzizovun idarə etdiyi “QAZ-66” markalı avtomobil Pəlikeş kəndi ərazisindəki evlərdən birinin divarına çırpılmışdır. Nəticədə sərnişini - həmkəndlisi Tarif Sovqatov xəstəxanaya aparılarkən yolda ölmüş, sürücünün vəziyyəti qənaətbəxşdir. Astara RPŞ-də araşdırma aparılır.
2 mağazadan 1800 manat dəyərində tütün məmulatı və 400 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Ə.Əliyev saxlanılmışdır
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki 2 mağazadan 1800 manat dəyərində tütün məmulatı və 400 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılmışdır.
Lənkəran şəhər sakinləri E.Həsənli və M.Mirzəyev saxlanılmışlar
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həsənli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.Polis əməkdaşları tərəfindən ona narkotik vasitən satmaqda şübhəli bilinən şəhər sakini M.Mirzəyev də müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi götürülmüşdür.Araşdırmalarla E.Həsənlinin müxtəlif vaxtlarda 4 evdən inşaat materialları və təmir-tikinti alətləri, M.Mirzəyevin isə bir avtomobildən içərisində 800 manat pul və 1300 manat dəyərində qızıl-zinət əşyaları olan çanta və 1 evdən plastik qapı oğurlaması da müəyyən edilmişdir.
Goranboy rayon sakini T.Bədəlovdan marixuana və qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Goranboy rayon sakini T.Bədəlov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana və qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 26-da və 27-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 26-da və 27-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 421 toy şənliyinin monitorinqi həyata keçirilib
Fevralın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 421 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər 414 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 388 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Gün ərzində törədilmiş 82 cinayətin üstü “isti izlər”lə açılmışdır
26.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 82 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Gəncə şəhər sakinləri Sadiq Məmmədovun idarə etdiyi "VAZ-21043" və Sənan Məhərrəmovun idarə etdiyi "VAZ-2121" markalı avtomobillər Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürüclərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib olunmuşdur.Fevralın 24-də və 25-də Şəmkir rayon Məhkəməsinin qərarları ilə S.Məmmədov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmiş, S.Məhərrəmov isə 400 manat məbləğdə cərimə edilmişdir.Bu istiqamətdə tədbirlər davam etdirilir.