Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimov müəyyən edilərək saxlanılmışdır
02.03.2022
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Lənkəran rayon sakini A.İsmayılovun 200 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimov müəyyən edilərək saxlanılmışdır.
17.000 manat pul və mobil telefonun oğurlamaqda şübhəli bilinən ev sahibinin arvadı müəyyən edilmiş və o, saxlanılmışdır
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə fevralın 28-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərin birindən 17.000 manat pul və mobil telefonun oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun ev sahibinin arvadı tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır. Araşdırma aparılır.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əbdülovdan narkotik vasitə aşkar edilərək götürülmüşdür
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əbdülov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 2 evdən ümumilikdə 2650 manat dəyərində televizor, kombi, paltaryuyan, samovar, velosiped və 5000 manat dəyərində elektrik naqili oğurlaması da müəyyən olunmuşdur.
Narkotik vasitə ilə tutulmuş B.Abdullayevin bir nəfərlə birgə rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunmuşdur
Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş B.Abdullayevin ətrafında aparılan tədbirlərlə onun bir nəfərlə birgə rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunmuşdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini T.Bədəlov saxlanılmışdır
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki mağazaların birindən 1075 manat dəyərində 3 ədəd mobil telefon və 4 ədəd elektron qəlyan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Bədəlov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun daha 2 mağazadan ümumilikdə 400 manat pul, 2400 manat dəyərində tütün məmulatı və 1480 manat dəyərində noutbuk, 1 alqı-satqı ofisindən 1000 manat dəyərində noutbuk, 1 rəsm kursları ofisindən isə 800 manat dəyərində printer oğurlaması da müəyyən olunmuşdur.
Sumqayıt şəhər sakini X.Salmanovun evinə baxış zamanı oradan 69 qramdan artıq heroin, 37 qramdan artıq metamfetamin, 3 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini X.Salmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin və metamfetamin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 69 qramdan artıq heroin, 37 qramdan artıq metamfetamin, 3 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülmüşdür.
Biləsuvar rayonunun Zəhmətabad kənd sakini C.Əliyevdən 11 kiloqram 630 qram heroin, 3 kiloqram 40 qram tiryək və 720 qram metamfetamin aşkar edilərək götürülmüşdür
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zəhmətabad kənd sakini C.Əliyevdən 11 kiloqram 630 qram heroin, 3 kiloqram 40 qram tiryək və 720 qram metamfetamin aşkar edilərək götürülmüşdür.
Naməlum şəraitdə mağazaya daxil olmuş Şamaxı rayon sakini A.Mustafayev və Quba rayon sakini S.Mirrəmmədov saxlanılaraq təhvil verilmişlər
Nəsimi Rayon Mühafizə İdarəsinə martın 1-də saat 21.08-də rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan mağazaların birindən həyəcan siqnalı daxil olmuşdur.Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən naməlum şəraitdə mağazaya daxil olmuş Şamaxı rayon sakini A.Mustafayev və Quba rayon sakini S.Mirrəmmədov saxlanılaraq Nəsimi RPİ 19-cu Polis Şöbəsinə təhvil verilmişlər.Araşdırma aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Martın 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqi həyata keçirilib
Martın 2-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 142 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 109 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.