Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonu ərazisində rayon sakini E.Məmmədova “BMW” markalı avtomobili qaçırıb idarə edərkən onu xəndəyə salmışdır
06.03.2022
Martın 5-də saat 23 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində qəsəbə sakini E.Məmmədova rayon sakini olan tanışına məxsus “BMW” markalı avtomobili qaçırıb idarə edərkən onu xəndəyə salmışdır. Polis əməkdaşları tərəfindən sürücünün sərxoş halda olması müəyyən olunmuş və ona xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Salyan şəhəri ərazisindən “VAZ-21154” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.İbrahimov avtomobillə birgə saxlanılmışdır
Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 2 radələrində şəhər ərazisindən Neftçala rayon sakini R.Hüseynova məxsus “VAZ-21154” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Salyan sakini A.İbrahimov avtomobillə birgə saxlanılmışdır.Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində “Volkswagen” markalı avtomobillə paytaxt sakini E.Rəhimov vurulmuşdur
Martın 6-da saat 13 radələrində paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində Bakı şəhər sakini R.Rüstəmov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Rəhimovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Nizami RPİ-də araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Lada Granta” markalı avtomobillə 40-45 yaşlı qadın vurulmuşdur
Martın 7-də saat 1 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əhmədov idarə etdiyi “Lada Granta” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Binəqədi RPİ-də araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də və 6-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Martın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
05.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də saat 18 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində Cəlilabad rayon sakini Ceyhun İmanov idarə etdiyi “Tofaş” markalı avtomobillə manevr qaydasını pozduğuna və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmişdir. Sürücü və sərnişinləri - qardaşı Ş.İmanov və Bakı şəhər sakini Ə.Axundov Salyan Rayon Polis Şöbəsinə təhvil verilmişlər.Şəxsi axtarış zamanı C.İmanovdan 10 qramdan artıq metamfetamin və 14 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Bakı şəhər sakini E.Bayramovanı bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən T.Əhmədov saxlanılmışdır
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Bakı şəhər sakini E.Bayramovanı bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini T.Əhmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində 2 mağazadan mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Piriyev saxlanılmışdır
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 2 mağazadan mobil telefonlar oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Piriyev saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun martın 5-nə keçən gecə 9-cu mikrorayon ərazisində digər bir telefon təmiri mağazasından 2 ədəd noutbuk və 4 ədəd mobil telefon oğurlaması da müəyyən olunmuşdur.