Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini O.Hacıbalayevdən 464 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
07.03.2022
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini O.Hacıbalayevdən 464 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini Ə.Qafarovdan 976 qram marixuana götürülmüşdür
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Yuxarı Ləki kənd sakini Ə.Qafarovdan 976 qram marixuana götürülmüşdür.
Bakıxanov qəsəbəsində 10-a yaxın binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb
Nəsimi rayonunda narkotiklərin satışını həyata keçirən və özəl tibb müəssisələrində həkimlərin çantalarını oğurlayan şəxslər saxlanılıblar
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Rəşad Bağırov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın narkotik vasitə olan heroin, metamfetamin və elektron tərəzi aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onların ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri satmaq məqsədi ilə qəbul edib. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə rayon ərazisində yerləşən özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. Elnur Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəşad Bağırov və Elnur Fərzəliyevin digər analoi cinayətlər törətməsi istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır
06.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də saat 18 radələrində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Mirheydər Ağayevin idarə etdiyi “Chevrolet” markalı avtomobil Abşeron rayonu ərazisində yerləşən postda saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin avtomobildə narkotik vasitə olması müəyyən olunduğundan Abşeron Rayon Polis İdarəsinə təhvil verilmişdir.Abşeron RPİ-də avtomobilə baxış zamanı oradan 2 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Ağdam rayon sakini O.Aslanovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Ağdam rayon sakini O.Aslanovdan 285 qrama yaxın heroin, 300 qrama yaxın metamfetamin və 3 kiloqram 120 qram marixuana aşkar edilərək götürülmüşdür.
Tovuz rayon sakini V.Məmmədtağıyevdən 1 kiloqramdan artıq marixuana götürülmüşdür
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədtağıyevdən 1 kiloqram 50 qram marixuana götürülmüşdür.
Qəbələ şəhəri ərazisində yaşayan Aytac Əliyevanı qəsdən öldürməkdə şübhəli bilinən K.Maksumbekova və azyaşlı oğlu tutularaq istintaqa təhvil verilmişlər
Qəbələ Rayon Polis Şöbəsinə martın 5-də saat 15 radələrində Ağsu rayon sakini Aytac Əliyevanın baş nahiyəsində xəsarətləri olan meyitinin Qəbələ şəhəri ərazisində yaşadığı evin dəhlizində aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin K.Maksumbekova və azyaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişlər. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Abşeron rayonunun Novxanı kəndi ərazisindən “Mitsubishi” markalı avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş V.Quliyev saxlanılmışdır
Martın 5-də saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev Sumqayıt şəhər sakini K.Məmmədliyə məxsus “Mitsubishi” markalı avtomobili qaçırmış və idarə edərkən dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə vurmuşdur.V.Quliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Abşeron RPİ-də araşdırma aparılır.