Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Əlixanov müəyyən edilərək saxlanılmışdır
08.03.2022
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə martın 7-də rayon ərazisindəki mebel mağazalarının birində orada işləyən Ş.Bayramlının çantasından 200 manat pul, 2600 ABŞ dolları və şəxsiyyət vəsiqəsinin oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əlixanov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və E.Kərimov saxlanılmışlar
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-nə keçən gecə H.B.Zərdabi küçəsindən R.Tağıyevin mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və E.Kərimov saxlanılmışlar.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Göyüşov, F.Sultanzadə və E.Seyidov saxlanılmışlar
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də və 29-da rayon ərazisindəki marketlərin birindən 7550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Göyüşov, F.Sultanzadə və əvvəllər məhkum olunmuş E.Seyidov saxlanılmışlar.
Soyğunçuluq etdiklərinə görə tutulmuş T.Vəliyevin və E.Əliyevin törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən soyğunçuluq etdiklərinə görə tutulmuş T.Vəliyevin və E.Əliyevin ətraflarında aparılan tədbirlərlə onların fevralın 22-də Bakı şəhər sakini E.Vəliyevlə birgə S.Səfərovaya məxsus 2 baş qoyunu, fevralın 24-dən martın 5-dək olan müddətdə Muğan qəsəbə sakini İ.Nəzərova məxsus 2 baş qoyunu, Atbulaq kənd sakini T.Güləliyevə məxsus 4 baş qoyunu, Kürdəmir rayonu ərazisindən rayon sakinləri K.Şəmiyevə, İ.Quliyevə, Bərdə rayonu ərazisindən rayon sakinləri E.Məmişova və N.Hacıyevə məxsus ümumilikdə 15 baş qoyunu və 1 baş inəyi oğurlamaları da müəyyən olunmuşdur.E.Vəliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev saxlanılmışdır
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 7-də Rayon Sukanal Sahəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev saxlanılmışdır.
Dilənçiliklə məşğul olan 16 nəfər saxlanılmış və barələrində müvafiq tədbir görülmüşdür
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər, o cümlədən 3 kişi, 7 qadın və 6 azyaşlı saxlanılmış və barələrində müvafiq tədbir görülmüşdür.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 8-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır
07.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Martın 7-də polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Tovuz rayonunun Cəlili kənd sakini T.Vəliyev ov tüfəngini könüllü olaraq təhvil vermişdir