Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər Göyçay şəhər sakini İ.Mustafayev və Hacıqabul rayon sakini M.Həşimov saxlanılmışlar
27.03.2022
Göyçay Rayon Polis Şöbəsinə martın 25-də saat 7 radələrində şəhər ərazisindən Məlikkənd kənd sakini Q.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil martın 26-da Göyçay şəhəri ərazisində tapılmışdır.Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Mustafayev və Hacıqabul rayon sakini M.Həşimov saxlanılmışlar.Araşdırma aparılır.
Ucar rayon sakinləri N.Əhmədov və bacısından 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakini K.Şükürovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil saxlanılmışdır. Avtomobilə baxış zamanı sərnişinləri Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və bacısından 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.
Hacıqabul rayonunun Malıbəyli kənd sakini P.Çərkəzovdan 116 qrama yaxın heroin və 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Malıbəyli kənd sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzovdan 116 qrama yaxın heroin və 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Yardımlı rayonunun Zevin kənd sakini R.Şirbəyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Zevin kənd sakini R.Şirbəyevdən 5 kiloqram 415 qram heroin və 1 kiloqram 5 qram tiryək, 2 kiloqram 300 qram metamfetamin, 990 ədəd metadon, 7 ədəd tramadol, 32 ədəd preqabalin və 30 flakon maydrax adlı dərman preparatları aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır
26.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Gəncə şəhər sakini Abbas Əliyevi bıçaqla qətlə yetirmiş E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilmişdir
Gəncə şəhər Baş Polis İdarəsinə martın 23-də saat 23 radələrində şəhər sakini, 31 yaşlı Abbas Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.Şəhərin polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla A.Əliyevin həmyerlisi, əvvəllər məhkum olunmuş E.Quliyev tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən olunmuşdur.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilmişdir.
Binəqədi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki evlərin birindən 1100 manat oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Salyan rayon sakini K.Həsənov və Siyəzən rayon sakini M.Əliyev saxlanılmışlar.
Mingəçevir şəhər sakini P.Bayramovdan nömrəsi silinmiş avtomat və 30 ədəd patron götürülmüşdür
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Bayramovdan nömrəsi silinmiş “AK-74” markalı avtomat və 30 ədəd patron aşkar edilərək götürülmüşdür.
Səbail rayonu ərazisindəki mənzillərin birindən pul oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini M.İbrahimov saxlanılmışdır
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki mənzillərin birindən 1300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini M.İbrahimov saxlanılmışdır.
Nərimanov rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Nissan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən T.Qasımov avtomobillə birgə Salyan rayonu ərazisində saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə martın 25-də saat 11 radələrində rayon ərazisindəki avtomobil təmiri sexlərinin birindən Bakı şəhər sakini Z.Mehdiyevaya məxsus “Nissan” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexin usta köməkçisi, Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş T.Qasımov müəyyən edilərək avtomobillə birgə Salyan rayonu ərazisində saxlanılmışdır.Araşdırma aparılır.