Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonu ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynzadə saxlanılmışdır
26.03.2022
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisində “Nissan” markalı bir avtomobildən 70 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynzadə saxlanılmışdır.
Bakı şəhər sakini S.Ağazadədən quldurluq yolu ilə mobil telefonunu talamaqda şübhəli bilinən V.Cəfərov saxlanılmışdır
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Bakı şəhər sakini S.Ağazadəni bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.Ətrafında aparılan tədbirlərlə onun 2 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilmişdir.
Zərdab rayon sakini N.Məlikovdan ov tüfəngi götürülmüşdür
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlibəyli kənd sakini N.Məlikovdan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Neftçala şəhər sakini F.Əliyev neftlə özünü yandırmaq cəhdinin qarşısı alınmışdır
Martın 26-da saat 19 radələrində Neftçala şəhərində Bankə qəsəbə sakini F.Əliyev neftlə özünü yandırmağa cəhd göstərmişdir. Cəhdin qarşısı ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin Salyan Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınmış və o, Neftçala Rayon Polis Şöbəsinə təhvil verilmişdir.Araşdırma aparılır.
Mingəçevir şəhər sakini Ə.Rzayevin özünü körpüdən Kür çayına atmaq cəhdinin qarşısı alınmışdır
Martın 26-da saat 22 radələrində Mingəçevir şəhər sakini Ə.Rzayev sərxoş vəziyyətdə Kür çayının üzərindəki körpüdən özünü atmağa cəhd göstərmişdir. Cəhdin qarşısı Mingəçevir ŞPŞ və Baş Mühafizə İdarəsinin Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınmışdır.Araşdırma aparılır.
Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan və 400 metr internet kabelini kəsərək oğurlayan şəxslər saxlanılıblar
Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Sumqayıt şəhər sakinləri Azad İsrafilov və Vaqif Cəfərov tutularaq istintaqa təqdim ediliblər. Onların üzərindən və yaşadıqları evlərdən satış üçün əldə etdikləri 500 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Azad İsrafilov və Vaqif Cəfərov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul oluqlarını etiraf ediblər.Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Corat, həmçinin ətraf qəsəbələri rabitə və internetlə təmin edən kabel xəttələrini kəsərək oğurlayan əvvəllər məhkum olunmuş Famil Babayev saxlanılıb. Araşdırma zamanı onun müxtəlif vaxtlarda qeyd edilən ərazidən 400 metrə yaxın kabeli oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Famil Babayev sonuncu dəfə kabel xəttlərini kəsərən oğurlamaq istəyən zaman saxlanılaraq Polis Bölməsinə gətirilib. Faktlarla bağlı saxlanılan hər üç şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Azad İsrafilov, Vaqif Cəfərov və Famil Babayevin ətrafında əməliyyatlar davam etdirilir.
Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Ağcabədi rayonu ərazisində Bakı şəhər sakinləri Ş.Əhədov və tanışı R.Əliyev “AK-74” markalı avtomat silahını və onun ləvazimatlarını satarkən saxlanılmışlar
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılmışlar.Faktla əlaqədar cinayət işi başlanmışdır.
Biləsuvar rayonu ərazisində saxlanılmış N.İsmayılovadan heroin, metamfetamin, sərnişini olduğu avtomobildən isə 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova və xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin, avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
Bərdə rayonunda saxlanılan V.Əliyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş V.Əliyevdən 1 qramdan artıq, şəhər ərazisində yaşadığı evə baxış zamanı isə 28 qrama yaxın heroin və 4 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.