Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini M.Ustarov saxlanılmışdır
23.03.2022
Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaxbaş kənd sakini, əvvəllər məhkum olunmuş M.Ustarov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 408 qramdan artıq marixuana və 0,63 qram cətənə toxumu, dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülmüşdür.
Gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır
22.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Bərdə rayonunun Alpoud kəndi ərazisində Y.Namazovdan soyğunçuluq yolu ilə pulunu və mobil telefonunu talamaqda şübhəli bilinən O.Məmmədov saxlanılmışdır
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Alpoud kəndi ərazisində Y.Namazovu döyüb bıçaqla hədələyərək soyğunçuluq yolu ilə pulunu və mobil telefonunu talamaqda şübhəli bilinən rayon sakini O.Məmmədov saxlanılmışdır. Araşdırma aparılır.
Salyan şəhər sakini P.Xəlilovanı idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən yayınmış Bakı şəhər sakini R.Həbibi saxlanılmışdır
Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılmışdır.Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı şəhər sakini E.Mehdiyevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Yevlax rayon sakini P.Abdullayeva saxlanılmışdır
DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını almasını bildirmişdir.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir avtomobildən mobil telefon və 2 ədəd gödəkcə oğurlamaqda şübhəli bilinən N.Hüseynzadə saxlanılmışdır
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Niva” markalı bir avtomobildən mobil telefon və 2 ədəd gödəkcə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynzadə saxlanılmışdır.Araşdırma aparılır.
Xətai rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Baxşəliyev saxlanılmışdır
Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərin birindən 900 manat dəyərində qızıl-zinət əşyaları, tozsoran və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Baxşəliyev saxlanılmışdır.
Gəncə şəhər sakini E.Abdurəhmanovdan heroin və metamfetamin götürülmüşdür
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abdurəhmanovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Yevlax şəhəri ərazisində yerləşən müvəqqəti duracaqda iki avtomobillərdən maqnitofon, akkumulyator və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-nə keçən gecə şəhər ərazisində yerləşən müvəqqəti duracaqda “VAZ” markalı iki avtomobillərdən 1300 manat dəyərində maqnitofon, akkumulyator və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.İsgəndərli, T.Babayev və N.Baxşıyev saxlanılmışlar.Araşdırma aparılır.
Yevlax şəhər sakini E.Quliyevdən lüləsi və qundağı kəsilmiş tüfəng və 7 ədəd patron götürülmüşdür
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Quliyevdən lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng və 7 ədəd patron götürülmüşdür.