Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax şəhər sakini E.Qurbanovun yardımçı təsərrüfatına baxış zamanı 645 qram heroin və 149 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
30.03.2022
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yardımçı təsərrüfatına baxış zamanı oradan əlavə 645 qram heroin və 149 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır
29.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Binəqədi rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Kəlbiyev saxlanılmışdır
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bir sexdən 1000 manat dəyərində qaynaq aparatı, laqonda, 3 evdən su və işıq sayğacları, 1 evdən kombi və rayon Telefon Qovşağına məxsus dirəkdən 70 metr rabitə kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kəlbiyev saxlanılmışdır.
Qaradağ rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki şirkətlərdən birinin həyətindən 3000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri R.Fərzəliyev, E.Zahidov və X.Cavadov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində tikinti avadanlığını oğurlamaqda şübhəli bilinən Ə.Əliyev saxlanılmışdır
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində elektrik transformatoru, 5 ədəd mühərrik, 2 ədəd qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ə.Əliyev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki həyətlərin birindən oğurluq etməkdə şübhəli bilinən Laçın rayon sakini R.Qasımov saxlanılmışdır
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki həyətlərin birindən elektrik naqili, dəmir boru, su mühərriki, kompressor və ev əşyaları oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılmışdır.
Sabunçu rayonu ərazisində saxlanılan Bakı şəhər sakini R.Hüseynovdan marixuana götürülmüşdür
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini R.Hüseynovdan 484 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Suraxanı rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən Balakən rayon sakini R.Abdullayev saxlanılmışdır
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən pul, qızıl-zinət əşyaları, planşet və geyim oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılmışdır.
Salyan rayonunun Kərimbəyli kəndi ərazisindəki evlərdən birinin həyətindən dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kərimbəyli kəndi ərazisindəki evlərdən birinin həyətindən 4000 manat dəyərində dəmir boru və lövhələr oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar O.Hüseynov və R.Səmədov saxlanılmışlar.
Kürdəmir rayonunun Pirili və Sor-Sor kəndlərində dörd nəfərə məxsus ümumilikdə 47 baş qoyun və 8 ev quşunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Pirili və Sor-Sor kəndlərində Q.Əmirova, X.Əhmədova, Ş.Zeynalova və V.Zeynalova məxsus ümumilikdə 47 baş qoyun və 8 ev quşunu oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakinləri R.Ağamalıyev, V.Şıxəliyev və Ağsu rayon sakini B.Bəyalıyev saxlanılmışlar.