Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax şəhər sakini T.Rzayevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
25.03.2022
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rzayevdən qanunsuz saxladığı “TOZ-8” markalı ov tüfəngi götürülmüşdür.
Səbail rayonu ərazisindəki marketlərin birində Bakı şəhər sakini G.Vəliyevanın pulqabısını oğurlamaqda şübhəli bilinən Qax rayon sakini E.Nurməmmədov saxlanılmışdır
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Badamdar qəsəbəsi ərazisindəki marketlərin birində Bakı şəhər sakini G.Vəliyevanın içərisində 100 manatı, sənədi və bank kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Qax rayon sakini E.Nurməmmədov müəyyən edilərək saxlanılmışdır.
Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
Martın 25-də saat 19 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakinləri C.Heydənovun idarə etdiyi “VAZ-2106” və Teymur Salıfovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuş və sonradan “Mercedes” markalı avtomobil ağaca dəymişdir. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Salıfov orada ölmüşdür.Ağstafa RPŞ-də araşdırma aparılır.
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
24.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Goranboy rayon sakini Əfsanə Məmmədovanı idarə etdiyi avtomobillə qəsdən vurmuş və daha sonra bıçaqla ona xəsarət yetirmiş həyat yoldaşı M.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir
Goranboy Rayon Polis Şöbəsinə martın 24-də saat 14 radələrində rayon sakini, 37 yaşlı Əfsanə Məmmədovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla müəyyən olunmuşdur ki, Dəliməmmədli şəhəri ərazisində Qızılhacılı qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Süleymanov idarə etdiyi “Land Rover” markalı avtomobillə ailə münaqişəsi zəminində həyat yoldaşı Əfsanəni qəsdən vurmuş və daha sonra bıçaqla ona xəsarət yetirmişdir. Qadın xəstəxanaya aparılarkən yolda ölmüşdür. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində M.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Bərdə şəhəri ərazisində idarə etdiyi avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınmış rayon sakini S.Məmmədov saxlanılmışdır
Bərdə Rayon Polis Şöbəsinə martın 24-də saat 20 radələrində şəhər ərazisində yolu keçən F.Bağırovanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılmışdır.Bərdə RPŞ-də araşdırma aparılır.
Səbail rayonu ərazisində “Tofaş” markalı avtomobilin mühərrik və şit hissəsini qəsdən yandırmaqda şübhəli bilinən Saatlı rayon sakini S.Məlikov saxlanılmışdır
Səbail RPİ-nin 8-ci Polis Bölməsinə martın 20-nə keçən gecə A.İsmayılov küçəsində Bakı şəhər sakini M.Hüseynova məxsus “Tofaş” markalı avtomobilin mühərrik və şit hissəsinin yandırılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Saatlı rayon sakini S.Məlikov saxlanılmışdır.Araşdırma aparılır.
Bakı şəhər sakini H.Nəcəfovanın çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Rzayev saxlanılmışdır
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 23-də Bakı şəhər sakini H.Nəcəfovanın içərisində 1715 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Rzayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki mağazaların birindən 11.000 manat dəyərində mobil telefonları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 11.000 manat dəyərində mobil telefonların oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Göyçay rayonu ərazisində yerləşən bir avtomobil təmiri sexindəki iki avtomobilin mühərrik hissələrini və bir MMC-dən metal qırıntıları və elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Göyçay Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən avtomobillərin təmiri sexində “Volvo” markalı bir yük avtomobilinin 5.000 manat dəyərində, “Zoomlion” markalı digər avtomobilin 10.000 manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.