Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron və Yasamal rayonlarında qadın sürücülərə qarşı quıdurluq edən şəxs saxlanılıb
21.03.2022
Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olub. Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Quliyev müəyyən edilərək saxlanııb. Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunub. Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılıb.Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yerləşən qəsəbələrdən evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olumuş Abşeron rayon sakini Əhməd Sevdimov tutularaq istintaqa təqdim edilib. Bu şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib. Əhməd Sevdimov evlərdən əsasən qızıl-zinət və məişət əşyaları oğurlayıb.Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır
20.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 20-də saat 18 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində rayon sakini Loğman Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillə Hüsülü kənd sakini C.Allahverdiyevin idarə etdiyi “T-28” markalı traktor toqquşmuşdur. Nəticədə L.Məmmədov və sərnişini - Hindarx qəsəbə sakini Sadiq Quliyev aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 20-də saat 21 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Qazax rayon sakini E.Kosayevin idarə etdiyi “KİA” markalı və Gəncə şəhər sakini Ü.Məmmədzadənin idarə etdiyi “Subaru” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ü.Məmmədzadənin sərnişini - Gəncə şəhər sakini Şəmsiyyə Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir.Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 20-də saat 1 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində kənd sakini R.Abışov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı daş hasara vurmuşdur. Nəticədə sürücü və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilimiş, Günay Abışova adlı sərnişin orada ölmüşdür.Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 20-də saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
3 evdən ümumilikdə 2720 manat dəyərində naqil və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini C.Əliyev saxlanılmışdır
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 2720 manat dəyərində naqil və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini Ü.Cavadov saxlanılmışdır
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən 500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ü.Cavadov saxlanılmışdır.
Nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılmışlar
Nərimanov RPİ 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılmışlar.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayonunun Sarıcəfərli kənd sakini N.Rəhimov və Kəlbəhüseyinli kənd sakini A.Təhməzov saxlanılmışdır
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sarıcəfərli kənd sakini N.Rəhimov və Kəlbəhüseyinli kənd sakini A.Təhməzov saxlanılmışdır. Şəxsi axtarışlar zamanı onlardan 9 kiloqram 195 qram heroin, 3 kiloqram 640 qram tiryək və 6 kiloqram 530 qram marixuana aşkar edilərək götürülmüşdür.