Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində “Mercedes” markalı mikroavtobus və “Volvo” markalı yük avtomobili toqquşmuşdur
29.03.2022
Martın 29-da saat 11 radələrində Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində Gəncə şəhər sakini V.Həsənovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Şəmkir rayon sakini F.Hüseynovun idarə etdiyi “Volvo” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə V.Həsənovun sərnişinləri Mayıl Nağıyev, Familə Məmmədova və Mirvari Əliyeva hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nəsimi rayonu ərazisində “Zontes” markalı motosikletlə piyada vurulmuşdur
Martın 29-da saat 23 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Gündüz İmanov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən paytaxt sakini M.Məmmədlini vurmuş və idarəetməni itirərək yolun kənarındakı məhəccərlərə dəymişdir. Nəticədə G.İmanov hadisə yerində ölmüş, sərnişini və piyada xəstəxanaya yerləşdirilmişlər. Nəsimi RPİ-də araşdırma aparılır.
Hövsanda bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb. Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib.Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib. Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.
Nəsimi rayonunda körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb
Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb. Körpəsi ilə birlikdə dilənçilik edən Yevlax rayon sakini N.Abdullayeva Nəsimi Rayon Polis İdarəsinə dəvət edilib. Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib. Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağıamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib. N.Abdullayeva barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır
28.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi avtomobillə Sabirabad rayon sakini R.Nəsirovu vurmuş Bakı şəhər sakini A.Bağırov saxlanılmışdır
Martın 28-də saat 5 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yolu keçən Sabirabad rayon sakini Rauf Nəsirov “Toyota” markalı avtomobillə vurulmuş və nəticədə hadisə yerində ölmüşdür.Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətmiş həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Bağırov müəyyən edilərək saxlanılmışdır.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabul rayon sakini R.Bağırovdan 480 qram marixuana götürülmüşdür
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovdan 480 qram marixuana aşkar edilərək götürülmüşdür.
Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini O.İsmayılzadə saxlanılmışdır
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 27-də rayon ərazisindəki mağazaların birindən 1450 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.İsmayılzadə saxlanılmışdır.
Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən O.İsmayılzadə saxlanılmışdır
Sumqayıt şəhərinin S.Vurğun küçəsində “Hyundai” markalı avtomobildən çanta oğurlamaqda şübhəli bilinən G.Əsədov saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.