Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Daşkəsən rayonunun Bayan kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən İ.Əsgərov saxlanılmışdır
22.03.2022
Daşkəsən Rayon Polis Şöbəsinə Bayan kəndindəki evlərin birindən 2500 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları, 590 manat dəyərində 3 ədəd qol saatı və bıçaq dəstinin oğurlanması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun ev sahibinin nəvəsi İ.Əsgərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmiş və o, saxlanılmışdır. Araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə Ağdaş rayon sakini K.Məmmədov vurulmuşdur
Martın 23-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Eminov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Kəramət Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Sabunçu RPİ-də araşdırma aparılır.
Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır
21.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 binanın liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən S.Rzayev saxlanılmışdır
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 hündürmərtəbəli yaşayış binasının liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən Ağsafa rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Rzayev saxlanılmışdır. Araşdırma aparılır.
Beyləqan şəhər sakini N.Səfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səfərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülmüşdür.
Əvvəllər məhkum olunmuş A.Əliyevin Beyləqan rayonunun Mil qəsəbəsindəki evindən silah-sursat aşkar edilərək götürülmüşdür
Beyləqan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında əvvəllər məhkum olunmuş A.Əliyevin Mil qəsəbəsində yaşadığı evin həyətində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan qanunsuz saxladığı “ZK” markalı ov tüfəngi və 1 ədəd “UZRQM” tipli partlayıcı ilə birgə “F-1” markalı qumbara aşkar edilərək götürülmüşdür.Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “MAN”, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşmuşdur
Martın 21-də saat 10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Şəfiyevin idarə etdiyi “MAN”, M.Almazovun idarə etdiyi “Mercedes” və E.Salahovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Almazov və sərnişini Mehdi Əsgərli hadisə yerində ölmüş, digər sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində “BMW” markalı avtomobil maneəyə çırpılmışdır
Martın 21-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Amid Talıbov idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.Xəzər RPİ-də araşdırma aparılır.
Nəsimi rayonu ərazisində “Toyota” markalı avtomobillə moped toqquşmuşdur
Martın 21-də saat 20 radələrində Nəsimi rayonu ərazisində S.Rəhimlinin idarə etdiyi “Toyota” markalı avtomobillə Tovuz rayon sakini Emin Qasımovun idarə etdiyi moped toqquşmuş və nəticədə mopedçi hadisə yerində ölmüşdür.Nəsimi RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Atyalı qəsəbəsi ərazisində “Khazar” markalı avtomobillə piyada vurulmuşdur
Martın 21-də saat 20 radələrində Abşeron rayonunun Atyalı qəsəbəsi ərazisində N.Sultanlı idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən Rəna Qəhrəmanovanı vurmuşdur. Nəticədə R.Qəhrəmanova xəstəxanaya aparılarkən yolda ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.