Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xırdalan şəhəri ərazisində iki mopedi oğurlamaqda və bir motosikleti qaçırmaqda şübhəli bilinən şəhər sakini R.Abbasquliyev saxlanılmışdır
28.03.2022
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisində X.Əliyevə, A.Hüseynova məxsus mopedləri oğurlamaqda və R.Cəfərova məxsus “Suzuki” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Xırdalan sakini R.Abbasquliyev saxlanılmışdır. Araşdırma aparılır.
Cəbrayıl rayonu ərazisində saxlanılmış bir qrup şəxsdən narkotik vasitələr və odlu silah aşkar edilərək götürülmüşdür
Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri V.Nəzərov, əvvəllər məhkum olunmuş T.Əliyev, Şirvan şəhər sakini İ.Baxşəliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov Karxulu kəndi ərazisində saxlanılmışlar. İ.Baxşəliyev və E.Süleymanovdan 6 kiloqram 840 qram marixuana və 1700 ədəd metadon, V.Nəzərov və T.Əliyevdən isə 2 kiloqram 300 qram heroin, 10 kiloqram 630 qram marixuana, 1,300 qram metamfetamin, həmçinin 1 ədəd “TT” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülmüşdür.Araşdırmalar zamanı V.Nəzərovun borclu qismində axtarışda olması da müəyyən olunmuşdur.
Ağdam rayon sakini M.Şirinovanın həyətindən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 28-nə keçən gecə Ballar kəndində yaşayan M.Şirinovanın həyətindən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Ə.Rəhimov və Laçın rayon sakini E.Musayev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən, həmçinin polisə müqavimət göstərən sürücü və sərnişin saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü və sərnişin müəyyən edilib. Hövsan qəsəbəsində Abşeron rayon sakini Şəmistan Mirişlinin idarə etdiyi “Chevrolet” maraklı avtomobil manevr qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Amma sürücü polislərə tabesizlik gösdərərək hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbir nəticəsində sürücü saxlanılıb. Daha sonra sürücü və onun yanında olan sərnişin İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət göstərərərk hadisə yerindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin sorğu zamanı sürücü və sərnişin narkotik vasitə qəbul etdiklərini bildiriblər. Təyin olunan ekspertizanın nəticəsində Şəmistan Mirişli və Elnur Novruzlunun narkotik vasitənin təsiri altında olduqları məlum olub. Araşdırma zamanı həmçinin Şəmistan Mirişlinin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü və sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onların törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Salyan rayonunun Pambıqkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 28-də saat 1 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində Şirvan şəhər sakini B.Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə həmin şəxs hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. İdarəyə paytaxt sakini əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Gün ərzində törədilmiş 47 cinayətin üstü “isti izlər”lə açılmışdır
27.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 47 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakini O.Hüseynov saxlanılmışdır
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə martın 26-da saat 23 radələrində Sabunçu qəsəbəsində yaşayan A.Abdullayevin cibindən mobil telefonunun açıq talama yolu ilə aparılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.Ətrafında aparılan tədbirlərlə onun martın 24-də daha bir qəsəbə sakininin cibindən mobil telefonunu açıq talama yolu ilə aparması da müəyyən olunmuşdur.
Ağdaş rayonunun Maşad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 27-də saat 17 radələrində Ağdaş rayonunun Maşad kəndi ərazisində şəhər sakini E.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Nüsrət Əliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini E.Səmədov saxlanılmışdır
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Bakı şəhər sakini F.Seyidliyevin içərisində 480 manat pul və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Səmədov saxlanılmışdır.