Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini M.Hüseynova müəyyən edilərək tutulmuşdur
31.03.2022
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə martın 31-də rayon ərazisindəki evlərin birindən 300 manat dəyərində gümüş və bijuteriya əşyalarının açıq talama yolu ilə aparılması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Hüseynova müəyyən edilərək tutulmuşdur.Faktla əlaqədar cinayət işi başlanmışdır.
Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi
Martın 31-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini A.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Suraxanı RPİ-də araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini Ş.Zeynalova və Biləsuvar rayon sakini, M.Məmmədov müəyyən edilərək saxlanılmışlar
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə martın 19-da Mərdəkan qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini R.Zərbalıyevə zor tətbiq edərək 770 manat pulunu və mobil telefonunu alması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Ş.Zeynalova və Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulmuş T.Bədəlovun mağazaların birindən 1850 manat pul, 2 ədəd noutbuk və 2 ədəd mobil telefon oğurlaması da müəyyən olunmuşdur
Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Bədəlovun ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki mağazaların birindən 1850 manat pul, 2 ədəd noutbuk və 2 ədəd mobil telefon oğurlaması da müəyyən olunmuşdur.
Bakı şəhər sakini M.Xudaverdiyevə hədə-qorxu gəlib 100 manat pulunu almaqda şübhəli bilinən F.Bayramov müəyyən edilərək saxlanılmışdır
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə martın 11-də R.Rüstəmov küçəsində bir nəfərin Bakı şəhər sakini M.Xudaverdiyevə hədə-qorxu gəlib 100 manat pulunu alması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini F.Bayramov müəyyən edilərək saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş R.Abdullayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş R.Abdullayevin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində bir avtomobildən qızıl-zinət əşyaları və mobil telefon, 5 evdən isə pul, qızıl-zinət əşyaları və ərzaq məhsulları oğurlaması da müəyyən olunmuşdur.
Mingəçevir şəhər sakinləri F.Qasımovdan və İ.Həsənovdan narkotik vasitələr götürülmüşdür
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini F.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi İ.Həsənov da müəyyən edilərək saxlanılmışdır. Ondan heroin və 13 qramdan artıq marixuana, habelə şəhər ərazisində gizlətdiyi 450 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Quba rayonunun Qırmızı qəsəbə sakini N.Şamailovdan və Orta Xuc kənd sakini E.Qaraxanovdan narkotik vasitələr götürülmüşdür
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qırmızı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Şamailov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona verməkdə şübhəli bilinən Orta Xuc kənd sakini, əvvəllər məhkum olunmuş E.Qaraxanov da müəyyən edilərək saxlanılmışdır. Onun evinə baxış zamanı oradan 666 qrama yaxın marixuana və çətənə toxumları, 1 ədəd elektron tərəzi, həyətanı sahəsindən isə 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş İ.Mustafayevin Ucar rayon sakini Ü.Ağayevə məxsus avtomobili qaçırması da müəyyən olunmuşdur
Göyçay RPŞ-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş İ.Mustafayevin ətrafında aparılan tədbirlərlə onun Ucar rayon sakini Ü.Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən olunmuşdur.
Zərdab şəhər sakini A.İsrəfilovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.İsrəfilovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülmüşdür.