Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən M.Beybudov və E.Heydərov saxlanılmışlar
31.03.2022
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da rayon ərazisindəki evlərin birindən 8400 manat oğurlamaqda şübhəli bilinən M.Beybudov və şəhər sakini E.Heydərov saxlanılmışlar.
Astara rayonunun Təngərüd kəndin ərazisində yol-nəqliyyat hadisəsi
Martın 31-də saat 1 radələrində Astara rayonunun Təngərüd kəndin ərazisində R.Əzimovun idarə etdiyi “QAZ-66” və R.Ramazanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Ramazanovun sərnişini Raxım Bəşimov hadisə yerində ölmüş, hər iki sürücü xəstəxanaya yerləşdirilmişdir. Astara RPŞ-də araşdırma aparılır.
Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır
30.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri K.Hacıyev və R.Quliyev avtomobillə birgə saxlanılmışlar
Şəmkir Rayon Polis Şöbəsinə martın 28-də şəhər sakini S.Mansurova məxsus “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş K.Hacıyev və R.Quliyev avtomobillə birgə saxlanılmışlar.Araşdırma aparılır.
Binəqədi rayonu Kənar dairəvi yolda qəza hadisəsi
Martın 30-da saat 15 radələrində Binəqədi rayonu Kənar dairəvi yolda Elşən Tarquliyev idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırmış və nəticədə hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılmışlar
Nizami (Gəncə) Rayon Polis İdarəsinə marşrut avtobusunda şəhər sakini olan qadın sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılmışlar. Ə.Adıgözəlovdan “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngi götürülmüşdür. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində marşrut avtobusunda daha bir qadının mobil telefonunu, digər bir qadının isə cibindən mobil telefonunu, həmçinin bir evin həyhətindən su mühərriki, rezin və dəmir borular, dəmir künclüklər, digər bir evdən isə təmir-tikinti alətləri oğurlaması da müəyyən olunmuşdur.Araşdırma aparılır.
Kürdəmir rayonunun Şüşün kənd sakini E.Sadıqovdan narkotik vasitələr və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüşün kənd sakini E.Sadıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Xızı rayonunun Sitalçay kənd sakini H.Heybətovdan avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülmüşdür
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sitalçay kənd sakini H.Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Şəmkir rayon sakinləri N.Mirzəli və E.Bəhramlı saxlanılmışlar
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat və 10.000 ABŞ dolları, bir mağazadan 600 manat pul və 600 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Mirzəli və E.Bəhramlı saxlanılmışlar.Araşdırma aparılır.