Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Füzuli rayonu ərazsisindəki mağazaların birindən pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
24.03.2022
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazsisindəki mağazaların birindən 300 manat pul, 1500 manat dəyərində tütün məmulatı və 500 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar R.Hüseynov və R.Abbaszadə saxlanılmışlar.
Yasamal rayonu ərazisindəki mağazaların birindən tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.İsgəndərov saxlanılmışdır
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 366 manat dəyərində tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.İsgəndərov saxlanılmışdır. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Ş.Qədimov saxlanılmışdır
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 550 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini Ş.Qədimov saxlanılmışdır. Araşdırma aparılır.
Sabirabad şəhəri ərazisində “Khazar” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
Martın 24-də saat 15 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini Y.Qənbərovun idarə etdiyi “Khazar” və Saatlı rayon sakini F.Həşimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuş, nəticədə Y.Qənbərov idarəetməni itirdiyindən avtomobillə yolun kənarı ilə gedən Qalağayın kənd sakini Əvəz Mehdiyevi vurmuşdur. Piyada hadisə yerində ölmüşdür. Sabirabad RPŞ-də araşdırma aparılır.
Gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır
23.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Lənkəran rayonunun Vilvan kəndi ərazisində “Mitsubishi” markalı avtomobillə rayon sakini M.Hüseynov vurulmuşdur
Martın 24-də saat 1 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində kənd sakini V.Fərzizadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Veravul kənd sakini Maşallah Hüseynovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən yerində ölmüşdür.Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini A.Xudaverdiyev saxlanılmışdır
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki mağazaların birindən 1052 manat dəyərində noutbuk, mobil telefon və aksesuarlar oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Xudaverdiyev saxlanılmışdır.
Binəqədi rayonu ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini S.Həsənov saxlanılmışdır
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da rayon ərazisində bir avtomobildən 4750 manat və 2650 ABŞ dolları, ev açarları və sənəd oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Həsənov saxlanılmışdır.
Gəncə şəhərində yerləşən ticarət mərkəzlərinin birində G.Nəbiyevaya məxsus çantanı oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini P.Hüseynova saxlanılmışdır
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Gəncə şəhərində yerləşən ticarət mərkəzlərinin birində G.Nəbiyevaya məxsus içərisində 380 manat pul və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş P.Hüseynova saxlanılmışdır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Ş.Nəzərli saxlanılmışdır
Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Ş.Nəzərli saxlanılmış və ondan 14 kiloqram 335 qram heroin, 1 kiloqram 115 qram tiryək və 410 qram marixuana aşkar edilərək götürülmüşdür.