Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Moped oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini K.Bayramlı mopedlə birlikdə saxlanılmışdır
01.04.2022
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindən Abşeron rayon sakini M.Qasımovun “Tufan M-50” markalı mopedinin oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini K.Bayramlı mopedlə birlikdə saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini R.Alışanov və Gədəbəy rayon sakini B.Nağızadə saxlanılmışlar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “BMW” markalı bir avtomobildən 750 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Yardımlı rayon sakini R.Alışanov və Gədəbəy rayon sakini B.Nağızadə saxlanılmışlar. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə martın 27-də şəhər sakini S.İbadovun bank hesabından 2010 manatının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılmışdır
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də və 14-də rayon ərazisindəki dispanserlərin birində həkimlərin otaqlarından noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Nəsirli müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
4 həyətdən su sayğacları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini R.Abdullayev saxlanılmışdır
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 4 həyətdən su sayğacları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini R.Abdullayev saxlanılmışdır.
Şirvan şəhər sakini A.Qafarovdan lüləsi və qundağı kəsilmiş tüfəng və 100 ədəd patron aşkar edilərək götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qafarovun yaşadığı evin həyətinə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş tüfəng və 100 ədəd patron aşkar edilərək götürülmüşdür.
Polis Nəsimi rayonunda narkotik maddələr və odlu silah-sursat satmaq istəyən, həmçinin oğurluq edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan, qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan, həmçinin oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Sahib Eldarov və Ramil Şükürov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub. İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı rayon ərazisində yerləşən mağazalardan birinin giriş qapısını sındıraraq içəridə olan kassadan 1500 manat pul oğurlayan paytaxt sakini Orxan İsmayılzadə saxlanılıb. Həmin şəxs ifadəsində etdiyi oğurluğu etiraf edib.Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində isə qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. Şöbəyə Masallı rayon sakini Yalçın Həsənovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. Yalçın Həsənov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Suraxanı rayonunda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər də eyni cinayətlər etdiyi üçün dəfələrlə məhkum edilmiş paytaxt sakini Konstantin Qneuşev tutulub. Aparılan araşdırmalar zamanı onun Suraxanı rayonu ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub. Faktlarla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır
31.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Cəlilabad rayonunun Sarxanlı kənd sakini Südabə Həsənovanı öldürməkdə şübhəli bilinən qayını M.Həsənov tutularaq istintaqa təhvil verilmişdir
Cəlilabad Rayon Polis Şöbəsinə martın 31-də saat 20 radələrində Sarxanlı kənd sakini 49 yaşlı Südabə Həsənovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla qadının ərinin qardaşı M.Həsənov tərəfindən münaqişə zəminində bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.