Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Qasımov müəyyən edilərək saxlanılmışdır
02.04.2022
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə martın 31-də Bakı şəhər sakini S.Qənbərovun bank hesabından 497 manat və 11 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Qasımov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
“E-Manat” ödəmə terminalından 32.000 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakinləri N.Nuruyev, S.Nuriyev və K.Hüseynli saxlanılmışlar
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 250 manat pul, 50 manat dəyərində tütün məmulatı və orada quraşdırılmış “E-Manat” ödəmə terminalından 32.000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri N.Nuruyev, S.Nuriyev və K.Hüseynli saxlanılmışlar. Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Aprelin 2-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini N.Qəniyeva idarə etdiyi “Hyundai” markalı avtomobili işıq dirəyinə vurmuşdur. Nəticədə sərnişinlərindən Aysel Cəfərova hadisə yerində ölmüş, digər 3 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.Nizami RPİ-də araşdırma aparılır.
Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Aprelin 2-də saat 14 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakinləri A.Mirzəyevin idarə etdiyi “Hyundai” və Səbuhi Seyidovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Seyidov ölmüşdür.Binəqədi RPİ-də araşdırma aparılır.
Culfa şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Aprelin 2-də saat 11 radələrində Culfa şəhəri ərazisində şəhər sakini Z.Səmədov idarə etdiyi “NazLifan LF” markalı avtomobillə yolu keçən həmyerlisi Hüseyn Fərəcovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Culfa RPİ-də araşdırma aparılır.
Gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır
01.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Lənkəran şəhər sakini R.Ağazadədən 42 qram heroin götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayonu ərazisində saxlanılan şəhər sakini R.Ağazadədən 42 qram heroin götürülmüşdür.
Astara sakini E.Əliyevin yaşadığı evə baxış zamanı 3 kiloqram 150 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayonu ərazisində saxlanılan Rüdəkənar kənd sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən 14 qramdan artıq heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Astara sakini E.Əliyev də müəyyən olunaraq saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 18 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 150 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Aprelin 1-də polis əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılmışdır
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.