Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır
03.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Quldurluq etməkdə şübhəli bilinən Sumqayıt sakini M.Əzimov müəyyən edilərək saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə aprelin 3-də saat 21 radələrində şəhər ərazisində bir nəfərin şəhər sakini A.Fəttayevi döyüb içərisində pulu və şəxsiyyət vəsiqəsi olan cüzdanını alması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini M.Əzimov müəyyən edilərək saxlanılmışdır. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini V.Abbasov saxlanılmışdır
Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisində “Hyundai” markalı bir avtomobildən 1000 manat pul və 15000 rubl oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini V.Abbasov saxlanılmışdır.
Sumqayıt şəhər sakini H.Əliəsgərovdan narkotik vasitələr və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini H.Əliəsgərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin, 15 qramdan artıq metamfetamin, 19 ədəd metadon həbi və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır
02.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Maştağa qəsəbə sakini Natiq Nacayevi qətlə yetirməkdə şübhəli bilinən A.Quliyev tutularaq istintaqa təhvil verilmişdir
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə aprelin 2-də Maştağa qəsəbə sakini Natiq Nacayevin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla müəyyən olunmuşdur ki, Maştağa qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Quliyev münaqişə zəminində həmyerlisi N.Nacayevə bıçaqla xəsarət yetirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Quliyev tutularaq istintaqa təhvil verilmişdir.
Qəsdən adam öldürməkdə şübhəli bilinən Oğuz şəhər sakini N.Şirinov tutularaq istintaqa təhvil verilmişdir
Oğuz Rayon Polis Şöbəsinə aprelin 2-də şəhər sakini N.Şirinovun münaqişə zəminində qardaşı Aqilin döş qəfəsinə ağac parçası ilə xəsarət yetirməsi və xəstəxanaya yerləşdirilmiş A.Şirinovun orada ölməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Şirinov tutularaq istintaqa təhvil verilmişdir.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Aprelin 2-də saat 2 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Mərd İsmayılovun idarə etdiyi “Moon” markalı mopedlə Sumqayıt şəhər sakini C.Bəşirovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.İsmayılov ölmüşdür.Sabunçu RPİ-də araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən kafe sahibinin qohumları olan C.Abduləliyev və qardaşı saxlanılmışlar
Qobustan Rayon Polis Şöbəsinə aprelin 2-də saat 1 radələrində Nabur kəndi ərazisindəki kafelərdən birinə gəlmiş iki nəfərin oradan pul, mobil telefon, tütün məmulatı, ərzaq məhsulu, spirtli və sərinləşdirici içkiləri soyğunçuluq yolu ilə talamaları barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən kafe sahibinin qohumları olan C.Abduləliyev və qardaşı saxlanılmışlar.Araşdırma aparılır.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini M.Məmmədov saxlanılmışdır
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi və Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taboru əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 2-də M.Araz küçəsində Bakı şəhər sakini A.Bayramovanın içərisində 2 bank kartı və ətir olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini M.Məmmədov saxlanılmışdır.Nərimanov RPİ-də araşdırma aparılır.