Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Qurbanov müəyyən edilərək saxlanılmışdır
03.03.2022
Şəki Şəhər Rayon Polis Şöbəsinə cari il yanvar ayının 28-də şəhər sakini V.Vahabovun bank hesabından 930 manat pulunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Qurbanov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluq tetməkdə şübhəli bilinən Göyçay şəhər sakini E.Fərzəliyev müəyyən edilərək saxlanılmışdır
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə rayon ərazisində yerləşən hospitalların birində orada işləyən qadının çantasından kosmetik əşyalarının və bank kartının oğurlanması, həmçinin kartından 1316 manat pulunun çıxarılaraq mənimsənilməsi barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş E.Fərzəliyev müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını dolabdan oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır.
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 3-də saat 17 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini E.Zərgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış həmkəndliləri T.Hacıyevanı və Təranə Nəbiyevanı vurmuşdur. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilmiş, T.Nəbiyeva orada ölmüşdür. Göygöl RPŞ-də araşdırma aparılır.
Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 3-də saat 19 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində kənd sakinləri M.Ağayevin idarə etdiyi “Lada-Priora” markalı avtomobillə Yavər Şükürovun idarə etdiyi “Planet” markalı motosiklet toqquşmuşdur. Nəticədə Y.Şükürov hadisə yerində ölmüşdür.Biləsuvar RPŞ-də araşdırma aparılır.
Masallı rayon sakinləri Ə.Məmmədovdan 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi və İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakinləri Ə.Məmmədov və əvvəllər məhkum olunmuş İ.Tağıyev Lənkəran şəhəri ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin, Ə.Məmmədovdan isə 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.
3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Z.Məmmədov saxlanılmışdır
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məmmədov saxlanılmışdır.
2 avtomobildən 700 manat dəyərində akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fərəcov saxlanılmışdır
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon ərazisində “KamAZ” və “İsuzu” markalı 2 avtomobildən 700 manat dəyərində akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fərəcov saxlanılmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ə.Səmədzadə müəyyən edilərək saxlanılmışdır
Şirvan Şəhər Polis Şöbəsinə martın 2-də Lənkəran rayon sakini Ə.Baxşiyevin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən avtomobil sahibinin yaxın qohumu Ə.Səmədzadə müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Saatlı rayon sakini Ə.Həsənova məxsus 172 qrama yaxın heroin, 480 qramdan artıq metamfetamin və 1 kiloqram 715 qram marixuana aşkar edilərək götürülmüşdür
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlimərdanlı kənd sakini A.Qazıyevin idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılmışdır. Avtomobilə baxış zamanı sərnişini, Saatlı rayon sakini Ə.Həsənova məxsus 172 qrama yaxın heroin, 480 qramdan artıq metamfetamin və 1 kiloqram 715 qram marixuana aşkar edilərək götürülmüş və onlar saxlanılmışlar.Araşdırma aparılır.
Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən daha 10 nəfər həbs edilib
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin satışı ilə məşğul olan daha 10 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 2 kiloqramdan artıq narkoik vasitə və psixotrop maddə çıxarılıb.Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan Orxan İbrahimov, İsmayıl Məhərrəmov, Anar Əliyev, Turanə Əliyeva, Xanımnaz Axundova, İlqar Qasımov, Hüseyn Hüseynov, Vüqar Əliyev, Fuad Tağıyev və Nəriman Məmmədov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər.Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.