Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov saxlanılmışdır
06.04.2022
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 2 avtomobildən akkumulyator, maqnitofon, 1 evdən televizor, 4 ədəd kanalizasiya quyusunun qapaqlarını və qəbiristanlıqda bir məzardan 4 ədəd güldan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Həsənov müəyyən edilərək saxlanılmışdır
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda H.Z.Tağıyev qəsəbəsi ərazisində 10 mənzildən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Quba rayonunun Xucbala kəndində yaşayan A.Məmmədovun evindən narkotik vasitələr və odlu silah götürülmüşdür
Quba RPŞ əməkdaşlarının Xucbala kəndində yaşayan A.Məmmədovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 533 qramdan artıq marixuana, çətənə toxumları, kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, 5 qramdan artıq heroin, 2 qrama yaxın tiryək, metamfetamin, elektron tərəzi, həmçinin 1 ədəd tir tüfəngi, 2 ədəd nişangah, 1 ədəd müvafiq sənədləri olan “İJ-12” markalı ov tüfəngi, 8 ədəd patron və 3 ədəd xəncər-bıçaq aşkar edilərək götürülmüşdür.
Binəqədi ratyonunda 20-dən artıq binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb
Bakıda hümdürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Soltan Rzayev saxlanılıb. Ətrafında keçirilən əməliyyat nəticəsində onun Binəqədi rayonu və paytaxtın digər ərazilərində yerləşən 20-dən artıq hündürmərtəbəli binanın liftinin naqilini kəsərək oğurladığı məlum olub. Soltan Rzayev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə satdığını bildirib.Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Soltan Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də analoji cinayətlər törətməsi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılmışdır
05.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini E.Alıpaşayev, Sumqayıt şəhər sakini Z.Əsədullayev və Bakı şəhər sakini İ.Məmişov müəyyən edilərək saxlanılmışlar
Xocavənd Rayon Polis Şöbəsinə Böyük Tağlar kəndi ərazisindən “Hovo” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini E.Alıpaşayev, Sumqayıt şəhər sakini Z.Əsədullayev və Bakı şəhər sakini İ.Məmişov müəyyən edilərək saxlanılmışlar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba şəhər sakini Ə.Buzurki avtomobillə birgə saxlanılmışdır
Xaçmaz Rayon Polis Şöbəsinə aprelin 5-də saat 23 radələrində şəhər ərazisindən Quba rayon sakini C.Almasova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba şəhər sakini Ə.Buzurki Hacıəlibəy kəndi ərazisində avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.
Avtomobildən oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini O.Soltanov müəyyən edilərək saxlanılmışdır
Səbail RP 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Badamdar qəsəbəsi ərazisində “Mercedes” və “Niva” markalı iki avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini O.Soltanov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Bakı şəhər sakinləri E.Fərəcovdan və Z.Mustafayevdən heroin aşkar edilərək götürülmüşdür
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.Fərəcovdan və Z.Mustafayevdən heroin aşkar edilərək götürülmüşdür. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Sabunçu qəsəbəsindəki evlərin birindən 12.000 manat, 400 ABŞ dolları pul, 1000 manat dəyərində qızıl-zinət və 2000 manat dəyərində məişət əşyaları, digər evdən isə 5000 manat dəyərində su qızdırıcısı, məişət və geyim əşyaları oğurlamaları da müəyyən edilmişdir.
Mobil telefon oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini V.Dadaşov saxlanılmışdır
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 1-də şəhər ərazisində yerləşən şadlıq saraylarının birində E.Qəhrəmanovun və B.Nadirlinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini V.Dadaşov saxlanılmışdır. Araşdırma aparılır.