Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb
05.03.2022
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də saat 18 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində Cəlilabad rayon sakini Ceyhun İmanov idarə etdiyi “Tofaş” markalı avtomobillə manevr qaydasını pozduğuna və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmişdir. Sürücü və sərnişinləri - qardaşı Ş.İmanov və Bakı şəhər sakini Ə.Axundov Salyan Rayon Polis Şöbəsinə təhvil verilmişlər.Şəxsi axtarış zamanı C.İmanovdan 10 qramdan artıq metamfetamin və 14 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Bakı şəhər sakini E.Bayramovanı bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən T.Əhmədov saxlanılmışdır
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Bakı şəhər sakini E.Bayramovanı bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini T.Əhmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində 2 mağazadan mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Piriyev saxlanılmışdır
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 2 mağazadan mobil telefonlar oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Piriyev saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun martın 5-nə keçən gecə 9-cu mikrorayon ərazisində digər bir telefon təmiri mağazasından 2 ədəd noutbuk və 4 ədəd mobil telefon oğurlaması da müəyyən olunmuşdur.
Şəmkir rayonunun Könüllü kəndi ərazisində “Mercedes” markalı mikroavtobus və “KamAZ” markalı avtomobil toqquşmuşdur
Martın 5-də saat 17 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Ağstafa rayon sakini M.Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Samux rayon sakini S.Rəhimovun idarə etdiyi “KamAZ” markalı avtomobil toqquşmuşdur. Nəticədə M.Əmiraslanovun 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Sahib Musayev orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Yasamalda son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 21 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 21 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 3 kiloqram narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Martın 5-də saat 1 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini F.Yeqanlı “BMW” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə avtomobildəki sərnişinlərdən Röyalə Səmədova hadisə yerində ölmüş, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilmişlər. Nərimanov RPİ-də araşdırma aparılır.
Gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır
04.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Martın 4-də polis əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 222 toy şənliyinin monitorinqini həyata keçirib
Martın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 222 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 219 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 116 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Bank kartını oğurlamaqda Bakı şəhər sakini F.Nəsirov müəyyən edilərək saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki kafelərin birində Qobustan rayon sakini N.Həsənovun cibindən bank kartını oğurlamaqda və hesabındakı 2400 manatı çıxararaq mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş F.Nəsirov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.