Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tovuz rayon sakini V.Məmmədtağıyevdən 1 kiloqramdan artıq marixuana götürülmüşdür
06.03.2022
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədtağıyevdən 1 kiloqram 50 qram marixuana götürülmüşdür.
Qəbələ şəhəri ərazisində yaşayan Aytac Əliyevanı qəsdən öldürməkdə şübhəli bilinən K.Maksumbekova və azyaşlı oğlu tutularaq istintaqa təhvil verilmişlər
Qəbələ Rayon Polis Şöbəsinə martın 5-də saat 15 radələrində Ağsu rayon sakini Aytac Əliyevanın baş nahiyəsində xəsarətləri olan meyitinin Qəbələ şəhəri ərazisində yaşadığı evin dəhlizində aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin K.Maksumbekova və azyaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişlər. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Abşeron rayonunun Novxanı kəndi ərazisindən “Mitsubishi” markalı avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş V.Quliyev saxlanılmışdır
Martın 5-də saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev Sumqayıt şəhər sakini K.Məmmədliyə məxsus “Mitsubishi” markalı avtomobili qaçırmış və idarə edərkən dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə vurmuşdur.V.Quliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Abşeron RPİ-də araşdırma aparılır.
Şəmkir rayonu ərazisində rayon sakini E.Məmmədova “BMW” markalı avtomobili qaçırıb idarə edərkən onu xəndəyə salmışdır
Martın 5-də saat 23 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində qəsəbə sakini E.Məmmədova rayon sakini olan tanışına məxsus “BMW” markalı avtomobili qaçırıb idarə edərkən onu xəndəyə salmışdır. Polis əməkdaşları tərəfindən sürücünün sərxoş halda olması müəyyən olunmuş və ona xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Salyan şəhəri ərazisindən “VAZ-21154” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.İbrahimov avtomobillə birgə saxlanılmışdır
Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 2 radələrində şəhər ərazisindən Neftçala rayon sakini R.Hüseynova məxsus “VAZ-21154” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Salyan sakini A.İbrahimov avtomobillə birgə saxlanılmışdır.Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində “Volkswagen” markalı avtomobillə paytaxt sakini E.Rəhimov vurulmuşdur
Martın 6-da saat 13 radələrində paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində Bakı şəhər sakini R.Rüstəmov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Rəhimovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Nizami RPİ-də araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Lada Granta” markalı avtomobillə 40-45 yaşlı qadın vurulmuşdur
Martın 7-də saat 1 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əhmədov idarə etdiyi “Lada Granta” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Binəqədi RPİ-də araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də və 6-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Martın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
05.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.