Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq etməkdə şübhəli bilinən Bərdə rayon sakinləri T.Vəliyev, E.Əliyev və H.Quliyev müəyyən edilərək saxlanılmışlar
07.03.2022
Hacıqabul Rayon Polis Şöbəsinə martın 7-də Padar kəndi ərazisində 3 nəfərin İsmayıllı rayon sakini T.Səmədova məxsus fermadan 1 baş qoyunu açıq talama yolu ilə aparmaları barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri T.Vəliyev, E.Əliyev və H.Quliyev müəyyən edilərək saxlanılmışlar.Hacıqabul RPŞ-də araşdırma aparılır.
Masallı rayon sakini İ.Nəsrullayevdən ümumilikdə 29 qrama yaxın heroin və elektron tərəzi götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini İ.Nəsrullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 26 qramdan artıq heroin və elektron tərəzi götürülmüşdür.
Bakı şəhər sakini R.Əşrəfovdan 1 kiloqram 287 qram heroin, 70 qrama yaxın metamfetamin və 244 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əşrəfovdan 1 kiloqram 287 qram heroin, 70 qrama yaxın metamfetamin və 244 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakini O.Hacıbalayevdən 464 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini O.Hacıbalayevdən 464 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini Ə.Qafarovdan 976 qram marixuana götürülmüşdür
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Yuxarı Ləki kənd sakini Ə.Qafarovdan 976 qram marixuana götürülmüşdür.
Bakıxanov qəsəbəsində 10-a yaxın binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb
Nəsimi rayonunda narkotiklərin satışını həyata keçirən və özəl tibb müəssisələrində həkimlərin çantalarını oğurlayan şəxslər saxlanılıblar
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Rəşad Bağırov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın narkotik vasitə olan heroin, metamfetamin və elektron tərəzi aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onların ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri satmaq məqsədi ilə qəbul edib. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə rayon ərazisində yerləşən özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. Elnur Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəşad Bağırov və Elnur Fərzəliyevin digər analoi cinayətlər törətməsi istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır
06.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də saat 18 radələrində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Mirheydər Ağayevin idarə etdiyi “Chevrolet” markalı avtomobil Abşeron rayonu ərazisində yerləşən postda saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin avtomobildə narkotik vasitə olması müəyyən olunduğundan Abşeron Rayon Polis İdarəsinə təhvil verilmişdir.Abşeron RPİ-də avtomobilə baxış zamanı oradan 2 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Ağdam rayon sakini O.Aslanovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Ağdam rayon sakini O.Aslanovdan 285 qrama yaxın heroin, 300 qrama yaxın metamfetamin və 3 kiloqram 120 qram marixuana aşkar edilərək götürülmüşdür.