Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq etdiklərinə görə tutulmuş T.Vəliyevin və E.Əliyevin törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir
08.03.2022
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən soyğunçuluq etdiklərinə görə tutulmuş T.Vəliyevin və E.Əliyevin ətraflarında aparılan tədbirlərlə onların fevralın 22-də Bakı şəhər sakini E.Vəliyevlə birgə S.Səfərovaya məxsus 2 baş qoyunu, fevralın 24-dən martın 5-dək olan müddətdə Muğan qəsəbə sakini İ.Nəzərova məxsus 2 baş qoyunu, Atbulaq kənd sakini T.Güləliyevə məxsus 4 baş qoyunu, Kürdəmir rayonu ərazisindən rayon sakinləri K.Şəmiyevə, İ.Quliyevə, Bərdə rayonu ərazisindən rayon sakinləri E.Məmişova və N.Hacıyevə məxsus ümumilikdə 15 baş qoyunu və 1 baş inəyi oğurlamaları da müəyyən olunmuşdur.E.Vəliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev saxlanılmışdır
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 7-də Rayon Sukanal Sahəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev saxlanılmışdır.
Dilənçiliklə məşğul olan 16 nəfər saxlanılmış və barələrində müvafiq tədbir görülmüşdür
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər, o cümlədən 3 kişi, 7 qadın və 6 azyaşlı saxlanılmış və barələrində müvafiq tədbir görülmüşdür.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 8-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır
07.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Martın 7-də polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Tovuz rayonunun Cəlili kənd sakini T.Vəliyev ov tüfəngini könüllü olaraq təhvil vermişdir
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və onlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilmişlər.
Quldurluq etməkdə şübhəli bilinən Ramana qəsəbə sakini F.İmanov müəyyən edilərək saxlanılmışdır
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə martın 6-da Ramana qəsəbəsi ərazisində yerləşən restoranların birində bir nəfərin qəsəbə sakini A.Zakirovu bıçaqla hədələyib mobil telefonunu talaması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İmanov müəyyən edilərək saxlanılmışdır.Sabunçu RPİ-də araşdırma aparılır.
İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 7-də saat 18 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində kənd sakini Anar Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırmış və nəticədə hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.