Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
09.03.2022
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Martın 9-da polis əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Nəsimi rayonunda narkotiklərin satışını həyata keçirən və evində tiryəkxana təşkil edən daha 5 nəfər saxlanılıb
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin 20 və 21-ci Polis Bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Qadir Nəsibovun üzərindən, eləcə də yaşadığı evdən 5 kiloqram 120 qram heroin, Orxan Hacıbabayev, Tərlan Ələkbərov, Hacıməmməd Məmmədov və Pərviz Kərimovdan isə 2 kiloqram müxtəlif xassəli narkotik vasitələr aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslər külli miqdarda maddi qazanc müqabilində həmin narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin satışını həyata keçiriblər. Araşdırma zamanı müəyyən edilib ki, Qadir Nəsibov evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil edib. O, narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
08.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəbrayıl rayon sakini N.Bayramov müəyyən edilərək saxlanılmışdır
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə martın 6-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindən qəsəbə sakini V.Qasımova məxsus “TOFAŞ” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil həmin gün Nərimanov rayonu ərazisindəki avtoservislərdən birinin həyətində tapılmışdır.Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəbrayıl rayon sakini N.Bayramov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılmışdır
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3000 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunmuşdur.
Abşeron rayon sakini R.Şeydayevdən heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini R.Şeydayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Əlixanov müəyyən edilərək saxlanılmışdır
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə martın 7-də rayon ərazisindəki mebel mağazalarının birində orada işləyən Ş.Bayramlının çantasından 200 manat pul, 2600 ABŞ dolları və şəxsiyyət vəsiqəsinin oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əlixanov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və E.Kərimov saxlanılmışlar
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-nə keçən gecə H.B.Zərdabi küçəsindən R.Tağıyevin mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və E.Kərimov saxlanılmışlar.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Göyüşov, F.Sultanzadə və E.Seyidov saxlanılmışlar
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 25-də və 29-da rayon ərazisindəki marketlərin birindən 7550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Göyüşov, F.Sultanzadə və əvvəllər məhkum olunmuş E.Seyidov saxlanılmışlar.