Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İmişli rayon sakini G.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
14.04.2022
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini G.Məmmədovdan qanunsuz saxladığı “Toz” markalı ov tüfəngi götürülmüşdür.
Abşeron rayonunda 5 evdən 20 min manatlıq məişət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar
Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 1800 manat dəyərində televizor, həmçinin kombi apartının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 5 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Musayev, Vüsal Veysəlov və Zakir Əzizov saxlanılıblar. Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin mənzil sahiblərinə 20 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Saxlanılan şəxslər evlərdən oğurladıqları əşyaların bir qismini satıb əldə etdikləri pulu aralarında bölüblər. Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda “Kalaşnikov” markalı avtomat və 30 ədəd patron satmaq istəyən şəxs saxlanlılıb
Bakı Şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu Ramana qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib. Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.
Gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır
13.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev müəyyən edilərək saxlanılmışdır
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev müəyyən edilərək saxlanılmışdır. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Hədə-qorxu ilə tələb etmə ilə pul almaqda şübhəli bilinən “Cənub.az” internet saytının redaktoru Zahir Əmənov saxlanılmışdır
Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də “Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib 1500 manat pul almasını bildirmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılmışdır.Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Abbasov və S.Qasımov avtomobillə birlikdə saxlanılmışlar
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aprelin 12-də Qala qəsəbə sakini M.İmaməddinovun “Mercedes” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Abbasov və S.Qasımov avtomobillə birlikdə saxlanılmışlar. Xəzər RPİ-də araşdırma aparılır.
Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
Aprelin 13-də saat 22 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Ağstafa rayon sakini Şahin Hacıməmmədov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı dirəyə vurmuşdur. Nəticədə sürücü və bir sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür. Nərimanov RPİ-də araşdırma aparılır
Gəncə şəhəri ərazisində yol-n'qliyyat hadisəsi
Aprelin 13-də saat 10 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini R.Kərimov idarə etdiyi “VAZ-2174” markalı avtomobillə yolu keçən Samux rayon sakini Vüsal Əhmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsində araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tərlan Bədəlov müəyyən edilərək saxlanılmışdır
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1000 manatı və 200 ABŞ dolları olan pulqabısının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.