Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulmuşdur
14.04.2022
Aprelin 14-də saat 22 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində rayon sakini Ə.Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Elnur Quliyevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Ağcabədi RPŞ-də araşdırma aparılır.
Sabirabad rayon sakini S.Müzəffərlinin çantasından mobil telefonunun oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini L.Əliyev saxlanılmışdır
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə Sabirabad rayon sakini S.Müzəffərlinin çantasından mobil telefonunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş L.Əliyev saxlanılmışdır.Araşdırma aparılır.
Bakı şəhər sakini X.Ramazanovanın mobil telefonununu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini R.Rüstəmov saxlanılmışdır
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə Bakı şəhər sakini X.Ramazanovanın mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Rüstəmov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Paytaxtın Səbail və Yasamal rayonlarında vətəndaşlara məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun N.Rəfibəyli və Nizami küçələrindəki evlərin dəhlizlərindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Mürsəlov və Saatlı rayon sakini T.Quliyev, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun H.B.Zərdabi küçəsindəki evlərin dəhlizlərindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Quliyev müəyyən edilərək saxlanılmışlar.Araşdırmalar aparılır.
Bakı şəhər sakini E.Abdullayevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən Qusar rayon sakinləri T.Məhəmmədov və E.Adıgözəlov saxlanılmışlar
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Bakı şəhər sakini E.Abdullayevə məxsus mopedin Ü.Hacıbəyov küçəsində oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qusar rayon sakinləri T.Məhəmmədov və əvvəllər məhkum olunmuş E.Adıgözəlov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Maştağa qəsəbə sakini E.Babayevin Pirşağı qəsəbəsindəki bağ evindən 7 kiloqramdan artıq marixuana, həyətindəki istixanadan isə çətənə kolları götürülmüşdür
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Maştağa qəsəbə sakini E.Babayevdən 244 qramdan artıq marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana, həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirilmiş 8853 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakinləri E.Manafovun və İ.İbrahimovun pullarının bank hesablarından oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aprelin 6-da Bakı şəhər sakinləri E.Manafovun 1000, İ.İbrahimovun isə 120 manat pullarının bank hesablarından oğurlanması barədə müraciətlər daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Mehdiyev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Bakı şəhər sakini Ramin Aydəmirovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
Yasamal RPİ 29-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Aydəmirovdan 281 qrama yaxın heroin və 48 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakini Asif Əliyevdən heroin aşkar edilərək götürülmüşdür
Nizami RPİ-nin 24-cü Polis Şöbəsi və Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Asif Əliyevdən heroin aşkar edilərək götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun Əmircan qəsəbəsi ərazisində yerləşən internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi, həmçinin Bakı şəhər sakini Anar Qilado ilə birgə Nizami rayonu ərazisindəki anbarların birindən 3900 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən olunmuşdur. Görülmüş tədbirlərlə A.Qilado da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.
Samux rayon sakinləri S.Allahverdiyevin və A.Amanovun həyətlərindən mal-qara oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri saxlanılmışlar
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Allahverdiyevin həyətindən 31 baş qoyun və A.Amanovun həyətindən 46 baş qoyun və 2 baş inək oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri – rayon sakinləri S.Babayev və R.Əliyev saxlanılmışlar.