Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır
15.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Şəmkir Rayon Polis Şöbəsinə aprelin 15-də saat 23 radələrində Çinarlı qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini M.Eyyubovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini N.Novruzov saxlanılmışdır. Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Muradov, H.Mustafayev və Lerik rayon sakini M.Əhmədov müəyyən edilərək saxlanılmışlar
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Muradov, H.Mustafayev və Lerik rayon sakini M.Əhmədov müəyyən edilərək saxlanılmışlar. Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunmuşdur. E.Muradov şübhəli şəxs qismində tutulmuşdur.Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılmışdır.
Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Manafov müəyyən edilərək saxlanılmışdır
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbə sakini A.Cabbarovanın 170 manat pulunun, şəxsiyyət vəsiqəsi və bank kartının çantasından oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Manafov müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində marşrut avtobuslarında daha bir qadının və bir kişinin ciblərindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədzadə saxlanılmışdır
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Z.Əliyeva küçəsindəki magazalardan birinin kassasından 2300 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülmüşdür.Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə 980 manat pullarını alması da müəyyən edilmişdir.
Bakı şəhər sakini Z.İbrahimovdan 1 kiloqram 88 qrama yaxın tiryək, 243 qramdan artıq heroin və 168 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Z.İbrahimovdan 1 kiloqram 88 qrama yaxın tiryək, 243 qramdan artıq heroin və 168 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini T.Mirzəliyev saxlanılmışdır
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Rüstəmovaya məxsus içərisində pul, sənəd və boyunbağı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Mirzəliyev saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Neftçala şəhər sakini C.Bağırov saxlanılmışdır
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3165 manat dəyərində 2 ədəd çilçıraq, 1 ədəd su qızdırıcısı, 1 ədəd su mühərriki, 2 ədəd qaz sobası, 1 ədəd elektrik sobası, qab-qacaq və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Neftçala şəhər sakini, əvvəllər məhkum olunmuş C.Bağırov saxlanılmışdır.
Abşeron rayonunda yerləşən ət kombinatlarından birindən 80 tondan artıq ət oğurlayan şəxslər saxlanılıblar
Abşeron rayonunda yerləşən ət kombinatlarından birindən oğurluq edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar. Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub.Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı Məmmədovun köməkliyi ilə yenidən ət kombinatından oğurluq edilməsini təşkil edib. Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək edən adı sadalanan şəxslər oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar. Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməkliyi ilə satıb.Baş İdarə, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə ofislərdən birindən içərisində 10 min manat, 1 ədəd müvafiq sənədləri olan “Vinçestr” markalı ov tüfəngi olan seyfi oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov və Abbasqulu Namazov saxlanılıblar. Qeyd edək ki, saxlanılan şəxslər seyfi Mehdiabad qəsəbəsində sındıraraq pulu aralarında bölüblər. Oğurlanan ov silahı isə Ceyhun Əhmədovun yaşadığı evdən aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 81 cinayətin üstü “isti izlər”lə açılmışdır
14.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 81 cinayətin üstü “isti izlər”lə açılmışdır.