Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonu Binə qəsəbəsində 7 evdən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
18.04.2022
Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan T. Baradov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən oğurluq etdiyi müəyyən edilib. 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar.Belə ki, əməliyyat zamanı paytaxt sakini Ruslan Melnik tutulyb. Onun üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində Zahir və Mahmud adlı şəxslərdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binədə narkotiklərin satışı ilə məşğul olan Zahir Əmralıyev və Mahmud Dəmirçiyev tutulublar. Onların üzərindən və yaşadıqları evlərdən ükülli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Nərimanov rayonunda gözəllik salonu və gül mağazasından dəyəri 9 min manat olan 5 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb
Nərimanov rayonunda yerləşə gözəllik salonlarından birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb. Eyni məzmunlu şikayətlə Nərimanov rayonunda yerləşən gül satılan mağazalardan birindən də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət daxil olub. Həmin şəxs isə mağazadan 4400 manat dəyərində 4 ədəd mobil telefonun oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində etdiyi oğurluqları etiraf edib. Ətrafında aparılan araşdırmalar zamanı onun paytaxtın digər rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları oğurladığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı Rövşən Rəhimov barəsində 18-ci Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Rövşən Rəhimovin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Kartdan pul çıxarmaq üçün onlardan kömək istəyən təqaüdçülərin pulunu oğurlayan şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Bu barədə kart sahibi Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb. Eyni məzmunlu şikayətlə Nizami rayon sakini olan daha bir nəfər polisə müraciət edib. Həmin şəxs isə onun kartından 1000 manatın qeyd edilən üsulla oğurlandığını bildirib. Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Mehdiyev və Nemət Cabbarov saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayətləri etiraf ediblər. Araşdırma zamanı onların Ağcəbədi rayonunda da eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün onlardan kömək istəyən daha bir neçə şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladıqları məlum olub. Qeyd edək ki, Namiq Mehdiyev və Nemət Cabbarov onlardan kömək istəyən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul oğurlayıblar. Faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır
17.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Şəmkir rayon sakini V.Məmmədovanın evindən quldurluq yolu ilə pul, qızıl-zinət və məişət əşyaları aparmaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş R.Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Təzəkənd kənd sakinləri, əvvəllər məhkum olunmuşlar V.İsgəndərov və S.Əsədovla birgə rayon sakini V.Məmmədovanın evindən quldurluq yolu ilə 130 manat pul, qızıl-zinət və məişət əşyaları aparmaları da müəyyən olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.İsgəndərov və S.Əsədov saxlanılmışlar. Araşdırma aparılır.
Bakı şəhər sakini K.Xəlilovanın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov saxlanılmışdır
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini K.Xəlilovanın 100 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Dadaşov saxlanılmışdır. Araşdırma aparılır.
Salyan rayon sakini K.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Salyan RPŞ-nin əməkdaşları tərəfindən Sarvan kənd sakini K.Quliyevdən qanunsuz saxladığı “BUM” markalı ov tüfəngi götürülmüşdür.
Gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır
16.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Beyləqan rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Əliyev və həyat yoldaşı N.İbrahimova saxlanılmışlar
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mil qəsəbə sakinləri Z.Əliyev və həyat yoldaşı N.İbrahimova saxlanılmışlar. Araşdırma aparılır.
Şabran rayonu ərazisindəki daş karxanasından daş kəsən ülgücün hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki fəaliyyət göstərməyən daş karxanasından 7500 manat dəyərində daş kəsən ülgücün hissələrini oğurlamaqda şübhəli bilinən Şabran sakinləri K.Ağamalıyev, S.Hüseynov və V.Vahabov saxlanılmışlar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə S.Hüseynovun və V.Vahabovun otellərin birinin həyətindən 30 baş keçi oğurlamaları da müəyyən olunmuşdur.