Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Samux rayonunun İstixana qəsəbə sakini Elşən Sadıqovu qətlə yetirməkdə şübhəli bilinən H.Qasımov tutularaq istintaqa təhvil verilmişdir
18.04.2022
Samux Rayon Polis Şöbəsinə aprelin 18-də saat 22 radələrində İstixana qəsəbə sakini 39 yaşlı Elşən Sadıqovun öldürülməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla həmyerlisi H.Qasımovun münaqişə zəminində E.Sadıqova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində H.Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Bakı şəhər sakini Ə.Kərimov və qardaşı oğlu O.Kərimovun qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini T.Vəliyev müəyyən edilərək saxlanılmışdır
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olmuşdur. Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini T.Vəliyev müəyyən edilərək saxlanılmışdır. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Yunusov, Ə.Abbasov və N.Mikayılov müəyyən edilərək saxlanılmışlar
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Yunusov, Ə.Abbasov və N.Mikayılov qısa müddətdə müəyyən edilərək saxlanılmışlar. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır
Yevlax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Aprelin 18-də saat 15 radələrində Yevlax şəhəri ərazisində Hacımahmudlu kənd sakini A.Hümbətovun idarə etdiyi “Ford” markalı avtomobillə şəhər sakini Tural Qasımovun idarə etdiyi “Minsk” markalı motosiklet toqquşmuşdur. Nəticədə T.Qasımov hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Hüseynzadə saxlanılmışdır
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynzadə saxlanılmışdır.Araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılmışlar
Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alılnmasını və əllərinin iplə bağlanmasını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə aprelin 14-də Cavadxan küçəsindəki marketlərdən birinin dolabından 11.000 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılmışdır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini E.Əfəndiyev müəyyən edilərək saxlanılmışdır
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində bir nəfərin şəhər sakini S.Hətəmovaya zor tətbiq edərək içərisində pulu və sənədi olan cüzdanını talaması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini E.Əfəndiyev müəyyən edilərək saxlanılmışdır. Faktla əlaqədar cinayət işi başlanmışdır.
Bakı şəhər sakini A.Həbibovdan nömrəsi silinmiş revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilərək götürülmüşdür
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Həbibovdan nömrəsi silinmiş “Smith Wesson” markalı revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Gəncə şəhər sakini E.Nuruyevdən 258 qramdan artıq heroin götürülmüşdür
Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nuruyevdən 258 qramdan artıq heroin götürülmüşdür.