Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
14.03.2022
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Fətəlikənd kənd sakini N.Əliyevin evinə baxış zamanı dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Xaçmaz rayonunun Nabran kənd sakini E.Kərimova saxlanılmışdır
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da Nabran kəndi ərazisində Müqtədir qəsəbə sakini Ə.Məmmədovanın içərisində 100 manat pul və 500 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən kənd sakini E.Kərimova saxlanılmışdır.
Oğurluğa cəhd göstərmiş Daşkəsən rayon sakinləri E.Əsgərov, N.Məmmədov, V.Alıyev və E.İmamverdiyev saxlanılmışlar
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 11-də saat 12 radələrində Quşçu kəndi ərazisində Daşkəsən Alunit İstehsalat sahəsindən polad trosları və dəmir torları kəsib 37000 manat məbləğində ziyan vurmaqla oğurluğa cəhd göstərmiş rayon sakinləri E.Əsgərov, N.Məmmədov, V.Alıyev və E.İmamverdiyev saxlanılmışlar.
Mingəçevir şəhər sakini P.Bayramovdan 460 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini P.Bayramov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 460 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Xəzər rayonu Zirə və Türkan qəsəbələrində narkotacirlər saxlanılıblar
Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə əməliyyatar nəticəsində Zirə və Türkan qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.Belə ki, Zirə qəsəbəsində yaşayan İsrafil Hüseynovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə və yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 10 kiloqram olan heroin, marixuana və metamfetamin aşkar edilib.Qeyd edək ki, İsrafil Hüseynov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla Zirə və ətraf qəsəbələrdə satmaq məqsədi ilə əldə etdiyini bildirib. Keçirilən əməliyyat-texniki tədbirlərlə İsrafil Hüseynovun həmin narkotacirlə olan əlaqəsi və onun narkokuryerlik etmək təklifinə razılıq verməsi tam sübuta yetirilib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının Türkan qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı da qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Baba Pənahov saxlanılıb. Onun üzərinə və evinə baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölıməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır
13.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Binə qəsəbəsində Ülviyyə Həsənovanı qətlə yetirməkdə şübhəli bilinən Saməddin Həsənov tutularaq istintaqa təhvil verilmişdir
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə martın 13-də Binə qəsəbəsində 27 yaşlı Ülviyyə Həsənovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Araşdırmalarla Saməddin Həsənovun aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Ü.Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Orxan Seyidovu qətlə yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini Pərviz Həsənov saxlanılmışdır
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə martın 12-də saat 23 radələrində 34 yaşlı Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin rayon ərazisində yaşadığı evdə aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Araşdırmalarla Abşeron rayon sakini Pərviz Həsənovun aralarında yaranmış münaqişə zəminində O.Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.