Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəki şəhərində yol-nəqliyyat hadisəsi
24.06.2022
İyunun 24-də saat 13 radələrində Şəki şəhərində şəhər sakini Mahir Hacırəhimov idarə etdiyi “Zil” makralı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı saxlanılıb
Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində müraciət edərək hadisə barədə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Paata Grineviç saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakı şəhərinə məhz oğurluq məqsədi ilə gəldiyini bildirib. Paata Grineviçin ətrafında aparılan tədbirlərlə onun paytaxtın Nizami rayonunda da bir mənzildən oğurluq etdiyi müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.Faktlarla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Xırdalan şəhərində özünü kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
23.06.2022
Abşeron rayonu Xırdalan şəhərində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. Daxil olan şikayətlər əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub. Araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub. Faktlarla bağlı Rəfail Əsgərov barəsində toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə inizbati qaydada həbs edilib.Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl də Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilmişdi. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin açılması təmin olunub
İyunun 23-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonu ərazisində yerləşən tikinti materialları satış mərkəzindəki anbarların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılaraq Rayon Polis İdarəsinə təhvil veriliblər
Qaradağ Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 22-də rayon ərazisində yerləşən tikinti materialları satış mərkəzindəki anbarların birindən 2000 manat dəyərində elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini X.Məmmədov və İmişli rayon sakini Z.Bayramov saxlanılaraq Rayon Polis İdarəsinə təhvil veriliblər. Araşdırma aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbə sakini Z.Xeyrullayevin evindən 1 kiloqramdan artıq heroin və elektron tərəzi götürülüb
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini Z.Xeyrullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 15 qrama yaxın heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 31 qrama yaxın heroin və elektron tərəzi götürülüb.
Qusar rayonunun Samur qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Q.Rəhimov saxlanılıb
Qusar Rayon Polis Şöbəsinə iyunun 21-də Samur qəsəbəsi ərazisindən qəsəbə sakini O.Kəmərbəndinin “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 22-də Qırmızı Qəsəbə ərazisində tapılıb. Avtomobildən 318.000 rubl (9.800 manat) pulun oğurlanması müəyyən edilib.Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Rəhimov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Naxçıvan şəhər sakini İ.Seyidova məxsus avtomobildən 3 kiloqram 110 qram tiryək aşkar edilərək götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini İ.Seyidova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 110 qram tiryək aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini N.Əkbərovun həyətindən 66 ədəd çətənə kolu götürülüb
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qımılqışlaq kənd sakini N.Əkbərovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 66 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Ağcabədi şəhər sakini E.Mustafayevin evindən qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Mustafayevin evinə baxış zamanı qanunsuz saxladığı “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.