Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində “Opel” və “KamAZ” markalı avtomobillər toqquşub
19.06.2022İyunun 19-da saat 22 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə B.Məmmədov və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.