DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbirstanlıqda gizlədən şəxs saxlanılıb

20.06.2022

Paytaxtın Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb. Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub. Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

20.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-sinin açılması təmin olunub 20.06.2022
  • Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 20.06.2022
  • Oğurluqda şübhəli bilinən Lerik rayon sakini R.Kişiyev saxlanılıb 20.06.2022
  • Salyan şəhər sakini R.İsayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 20.06.2022
  • Gəncə şəhəri Ş.İ.Xətai prospektində avtomat silah, 7 ədəd patron və 1 ədəd patron darağı tapılıb 20.06.2022
  • Şirvan şəhər sakini A.Əkbərovun evinə baxış zamanı oradan 980 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb 20.06.2022
  • Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Ə.İsmayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb 20.06.2022
  • Kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu və 1 kiloqram 390 qr marixuana aşkar edilərək götürülüb 20.06.2022
  • Yabanı halda bitmiş 1 ton 240 kiloqram çəkidə 778 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 20.06.2022
  • Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbirstanlıqda gizlədən şəxs saxlanılıb 20.06.2022