Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Balakən rayonunun Talalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25.06.2022
İyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər. Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub
24.06.2022
İyunun 24-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 12-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini N.Əhmədzadənin evinə baxış zamanı 3 kiloqram 34 qram heroin götürülüb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Əhmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 3 kiloqram 34 qram heroin götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini R.İsmayılzadədən kokain, metamfetamin, ekstazi həbləri və marixuana aşkar edilib
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.İsmayılzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan kokain, metamfetamin, ekstazi həbləri və marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə metadon həbi və elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Yusifzadə saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bir sexdən qaynaq aparatı, digər sexdən qaynaq aparatı, elektrik naqili və kompressor, bir avtomobildən isə akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Yusifzadə saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.Əsədov və Bakı şəhər sakini M.Məmmədov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 22-də Sulutəpə qəsəbəsindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.Əsədov və Bakı şəhər sakini M.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
3000 manat pul və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən S.Hacıyev saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birndən 3000 manat pul və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən S.Hacıyev saxlanılıb. Araşdırma aparılır.
Zaqatala rayonunun Lahıc kənd sakini R.Abdurəhmanovun evinə baxış zamanı 6 kiloqram 325 qram marixuana götürülüb
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lahıc kənd sakini, əvvəllər məhkum olunmuş R.Abdurəhmanovdan 5 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 6 kiloqram 325 qram marixuana götürülüb.
Kultivasiya yolu ilə yetişdirilən marixuana aşkar edilərək götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mürsəlli kənd sakini, əvvəllər məhkum olunmuş İ.Niftalıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 80 ədəd çətənə kolu və 4 kiloqram 680 qram marixuana aşkar edilərək götürülüb.
Yabanı halda bitən çətənə kolları aşkar edərək məhv edib
“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdam RPŞ-nin əməkdaşları Mirəşelli kəndinin ərazisində 1 hektar sahədə yabanı halda bitən 503 kiloqram çəkidə 2017 ədəd, Xocalı RPŞ-nin əməkdaşları Goranboy rayonunun Erkəc kəndi ərazisindən Mənəşli kəndi ərazisinədək 1,4 hektar sahədən yabanı halda bitən 1 ton 613 kiloqram çəkidə 3585 ədəd, Yardımlı RPŞ-nin əməkdaşları Arvana kəndi ərazisində 105 hektar sahədən yabanı halda bitən 1 ton 282 kiloqram çəkidə 8756 ədəd çətənə kolları aşkar edərək məhv ediblər.